Mama ixtisasının mahiyyəti hamiləlik və ginekoloji xəstəliklər zamanı qadınlara vaxtında, profilaktik və təxirəsalınmaz tibbi yardım göstərməkdən ibarətdir. Mən bu ixtisası yiyələnməkdə olan bir tələbə kimi mama olmağın mənəvi prinsiplərini araşdırarkən öyrəndim ki, mamalıq sadəcə bir peşə deyil. Bu, həm də həyatın başlanğıcına, insanın varlığına hörmətin ən saf ifadəsidir.
Bu yazıda elmi mənbələrə əsaslanaraq gələcəyin mama-ginekoloqları üçün ən vacib 5 etik prinsipi bölüşmək istəyirəm.
İnsan ləyaqətinə hörmət
Ümumdünya Səhiyyə Təşkilatına görə, doğuş zamanı qadınların hörmətlə və zorakılıqsız müalicə alması fundamental hüquqdur. Hər bir mama hamilə qadının emosional vəziyyətinə anlayışla yanaşmalı, onun qorxularını dinləməlidir.
Tədris zamanı öyrəndim ki, sadə bir “sən bacaracaqsan” cümləsi belə doğuş prosesində ananın güvənini bərpa edə bilir.
Elmə əsaslanmış yanaşma
Mamalıq yalnız təcrübə ilə deyil, həm də elmi sübutlara əsaslanmaqla icra olunmalıdır. Bu sahəyə dair tibbi sənədlərdə də bildirilir ki, doğuşun idarə olunmasında müdaxilələrin sayı minimuma endirilməli, yalnız tibbi zərurət olduqda tətbiq edilməlidir.
Bu, həm ananın, həm də körpənin sağlamlığı üçün ən təhlükəsiz yanaşmadır.
Məsuliyyət və etika
Mama-ginekoloq peşəsinin əsasında etibarlılıq və məsuliyyət dayanır. Gələcəyin tibb işçisi olaraq öyrəndim ki, hər addımda pasiyentin etibarını qazanmaq prinsipi əsas olmalıdır.
Etik kodekslərə görə, hər bir tibb işçisi gizliliyi qorumağı, şəxsi məlumatları paylaşmamağı və pasiyentin qərarına hörmətlə yanaşmağı öhdəsinə götürür.
Komanda əməkdaşlığı
UNICEF-in “Ana və Uşaq Sağlamlığı Strategiyası”nda qeyd olunur ki, doğuşun təhlükəsiz keçirilməsi yalnız mama, həkim və tibb bacısının birgə fəaliyyəti ilə mümkündür. Biz tələbələr konfranslarda təqdim edilən kliniki təcrübələrə dair izlədiyimiz sənədli filmlərdə bunu aydın şəkildə görürük ki, doğuş otağında hər kəs bir zəncirin həlqəsi kimidir, birinin diqqətsizliyi digərlərinin səylərini poza bilər.
Emosional empatiya
Mama olmaq təkcə bilik deyil, həm də böyük ürək tələb edən peşədir. ÜST-ün hesabatlarında qeyd olunur ki, doğuş zamanı empatik yanaşma qadınlarda depressiya riskini 30%-ə qədər azalda bilər. Bu mənə öyrədir ki, tibbi prosedurlar qədər emosional dəstək də müalicənin bir hissəsidir.
Gələcəyin mama-ginekoloqları üçün əsas missiya sadəcə doğuş prosesinə yardım etmək deyil, həyatın başlanğıcını sevgi, etika və anlayışla qarşılamaqdır.
1 nömrəli Bakı Tibb Kollecində təhsil alan bir tələbə kimi inanıram ki, hər doğuşda iştirak edən mama, əslində, həyatın davamlılığına xidmət edən görünməz qəhrəmandır.
Xədicə Aslanova
1 nömrəli Bakı Tibb Kollecinin Mamalıq ixtisası üzrə I kurs tələbəsi
-
Yeni Klinikada Antimikrob Rezistentliyə (AMR) Qarşı Maarifləndirmə Həftəsi çərçivəsində təlim keçirilibƏn çox oxunanlar03 Dekabr 2025172
-
“Hədəf 130/80” layihəsi çərçivəsində bölgələrdə skrininq və maarifləndirmə tədbirləri keçirilibƏn çox oxunanlar03 Dekabr 2025148
-
Uğurlu və effektiv check-up paketi necə hazırlanmalı?Ən çox oxunanlar03 Dekabr 2025142
-
Uşaqlıq miomasının simptomları, riskləri və müalicə üsullarıƏn çox oxunanlar04 Dekabr 2025132
-
Qastroenteroloqdan mədə poliplərinin diaqnostikası və müalicəsi barədə vacib tövsiyələrƏn çox oxunanlar08 Dekabr 2025116
-
Uşaqlar və qorxulu kompüter oyunları - Psixoloji təsirlər və risklərƏn çox oxunanlar04 Dekabr 2025112
-
“İnfeksiyaya nəzarət: standart və xüsusi ehtiyat tədbirləri” mövzusunda maarifləndirici təlim keçirilibƏn çox oxunanlar04 Dekabr 2025102
-
Yeni Hemodializ şöbələri fəaliyyətə başlayacaqƏn çox oxunanlar10 Dekabr 202598
-
Tükbaş qurdlara yoluxmadan necə qorunmalı?Ən çox oxunanlar08 Dekabr 202598
-
Marburq virusunun ilk dəfə yayıldığı Efiyopyada ölüm sayı artıbƏn çox oxunanlar03 Dekabr 202596
-
QİÇS-lə Mübarizə Mərkəzi açıqlama yayıbƏn çox oxunanlar02 Dekabr 202594
-
Bu gün Ümumdünya Əlilliyi Olan Şəxslər GünüdürƏn çox oxunanlar03 Dekabr 202592
-
Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzi: Azərbaycanda yaşlı əhalinin sayı artırƏn çox oxunanlar04 Dekabr 202592
-
Autizmli uşaqların diaqnostika, müalicə və reabilitasiyasına multidisiplinar yanaşma və beynəlxalq elmi təcrübə müzakirə edilibƏn çox oxunanlar08 Dekabr 202592
-
Milad öncəsi ingiltərəli həkimlərdən beşgünlük tətilƏn çox oxunanlar02 Dekabr 202590
-
Almaniya ilə əməkdaşlıq çərçivəsində növbəti təlimlər keçirilibƏn çox oxunanlar09 Dekabr 202590
-
Xərçəngə qarşı bu iki meyvə dörd həftəyə bağırsaqları təmizləyirƏn çox oxunanlar05 Dekabr 202588
-
Naxçıvan MR səhiyyəsində kadr dəyişikliyiƏn çox oxunanlar02 Dekabr 202588
-
Hidrosefaliya - Beynin su yüklü gizli təhlükəsiƏn çox oxunanlar05 Dekabr 202578
-
ÜST-dən çağırış: Ölkələrin səhiyyə sistemləri daha inklüziv olmalıdırƏn çox oxunanlar04 Dekabr 202578