Elmi-Tədqiqat Kardiologiya İnstitutunda elmi fəaliyyətin keyfiyyətinin artırılması müzakirə olunub
01 Noyabr 2025
164
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda (ETKİ) Elmi Şuranın növbəti iclası keçirilib.
Azmedinfo.az xəbər verir ki, iclasda çıxış edən Elmi Şuranın sədri, ETKİ-nun direktoru, professor Gülnaz Dadaşova elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinin, müasir kardioloji tədqiqatların davamlı şəkildə dəstəklənməsinin vacibliyini vurğulayıb:“İnstitutumuzda aparılan hər bir elmi iş yalnız nəzəri nəticələrlə məhdudlaşmamalı, klinik praktikaya real töhfə verməlidir. Gənc alimlərin təşəbbüsləri, innovativ yanaşmalar və elmi əməkdaşlıq bu məqsədə çatmağın əsas açarıdır.”
İclasda doktorant və dissertantların 2025-ci il üzrə elmi fəaliyyətləri barədə hesabatları dinlənilib və nəticələr müzakirə olunub. Həmçinin doktorantura və dissertantura səviyyəsində ödənişli əsaslarla təhsilin təşkili məsələsinə dair fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində ETKİ-nun “Miokard infarktı” elmi şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Vüsal Hacıyevin “Ürək əməliyyatından sonra ECMO: müalicə strategiyaları və risk amilləri” mövzusunda hazırladığı monoqrafiya müzakirə edilib və onun nəşrə verilməsi məqsədəuyğun hesab olunub.
Monoqrafiyaya “ÜİX və ritm pozğunluğu” şöbəsinin rəhbəri, t.e.d., prof. Abdullayev Rufullanın və “Miokard infarktı” şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Cəmilov Rüfətin tərəfindən müsbət rəy təqdim olunub.
İclasın elmi katibi t.ü.f.d. Təranə Cavadova olub.
Elmi Şuranın iclası institutda aparılan tədqiqatların səmərəliliyinin artırılması, gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və müasir müalicə strategiyalarının tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
Yeni Klinikada Antimikrob Rezistentliyə (AMR) Qarşı Maarifləndirmə Həftəsi çərçivəsində təlim keçirilibƏn çox oxunanlar03 Dekabr 2025172
-
“Hədəf 130/80” layihəsi çərçivəsində bölgələrdə skrininq və maarifləndirmə tədbirləri keçirilibƏn çox oxunanlar03 Dekabr 2025148
-
Uğurlu və effektiv check-up paketi necə hazırlanmalı?Ən çox oxunanlar03 Dekabr 2025142
-
Uşaqlıq miomasının simptomları, riskləri və müalicə üsullarıƏn çox oxunanlar04 Dekabr 2025132
-
Qastroenteroloqdan mədə poliplərinin diaqnostikası və müalicəsi barədə vacib tövsiyələrƏn çox oxunanlar08 Dekabr 2025116
-
Uşaqlar və qorxulu kompüter oyunları - Psixoloji təsirlər və risklərƏn çox oxunanlar04 Dekabr 2025112
-
“İnfeksiyaya nəzarət: standart və xüsusi ehtiyat tədbirləri” mövzusunda maarifləndirici təlim keçirilibƏn çox oxunanlar04 Dekabr 2025102
-
Yeni Hemodializ şöbələri fəaliyyətə başlayacaqƏn çox oxunanlar10 Dekabr 202598
-
Tükbaş qurdlara yoluxmadan necə qorunmalı?Ən çox oxunanlar08 Dekabr 202598
-
Marburq virusunun ilk dəfə yayıldığı Efiyopyada ölüm sayı artıbƏn çox oxunanlar03 Dekabr 202596
-
QİÇS-lə Mübarizə Mərkəzi açıqlama yayıbƏn çox oxunanlar02 Dekabr 202594
-
Bu gün Ümumdünya Əlilliyi Olan Şəxslər GünüdürƏn çox oxunanlar03 Dekabr 202592
-
Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzi: Azərbaycanda yaşlı əhalinin sayı artırƏn çox oxunanlar04 Dekabr 202592
-
Autizmli uşaqların diaqnostika, müalicə və reabilitasiyasına multidisiplinar yanaşma və beynəlxalq elmi təcrübə müzakirə edilibƏn çox oxunanlar08 Dekabr 202592
-
Milad öncəsi ingiltərəli həkimlərdən beşgünlük tətilƏn çox oxunanlar02 Dekabr 202590
-
Almaniya ilə əməkdaşlıq çərçivəsində növbəti təlimlər keçirilibƏn çox oxunanlar09 Dekabr 202590
-
Xərçəngə qarşı bu iki meyvə dörd həftəyə bağırsaqları təmizləyirƏn çox oxunanlar05 Dekabr 202588
-
Naxçıvan MR səhiyyəsində kadr dəyişikliyiƏn çox oxunanlar02 Dekabr 202588
-
Hidrosefaliya - Beynin su yüklü gizli təhlükəsiƏn çox oxunanlar05 Dekabr 202578
-
ÜST-dən çağırış: Ölkələrin səhiyyə sistemləri daha inklüziv olmalıdırƏn çox oxunanlar04 Dekabr 202578