Sağlam cəmiyyət naminə bilik və etibarın ünvanı
Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
Sağlam həyat hər birimizin ən dəyərli sərvətidir. Bu dəyəri qorumaq və insanlara sağlam gələcək təmin etmək məqsədilə yaradılmış Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı (azmedinfo.az), yalnız bir platforma deyil, hər kəsin sağlamlıqla bağlı doğru və etibarlı məlumatlara çatmasını təmin edən bir bələdçidir.
Bu portal, dövlətin səhiyyə siyasətini dəstəkləyən mühüm bir platforma kimi tibbi bilikləri daha geniş kütlələrə çatdırmaq, vətəndaşların sağlamlıq biliklərini artırmaq və səhiyyə xidmətlərinə çıxışı asanlaşdırmaq üçün nəzərdə tutulub. Burada ən son tibbi yeniliklər, peşəkar məsləhətlər, profilaktika və müalicə haqqında məlumatlarla yanaşı, hər kəsin ehtiyac duyduğu səhiyyə xidmətlərinə dair praktik həllər və hüquqi resurslar da təqdim edilir.
Portalda ölkəmizdə, eləcə də dünyada səhiyyə sahəsində klinik və eksperimental tədqiqatlara, tədbirlərə, həyata keçirilən yeniliklərə dair yazılar, açıqlamalar, xəbərlər yer alır.
Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı tibb sahəsində çalışan mütəxəssislər üçün etibarlı bir mənbə olmaqla yanaşı, sadə vətəndaşların da sağlamlıq suallarına cavab tapması üçün bir körpü rolunu oynayır. Biz inanırıq ki, sağlamlıq mövzusunda hər bir insanın doğru informasiya əldə etməsi, yalnız onun həyat keyfiyyətini artırmaqla qalmır, eyni zamanda bütövlükdə cəmiyyətimizin rifahına xidmət edir.
Bu platformanın məqsədi sadəcə tibbi məlumatları paylaşmaq deyil, həm də insanlara qayğı göstərən bir tərəfdaş olmaqdır. Sağlam gələcəyin qurulması üçün birlikdə atacağımız hər bir addım əvəzolunmazdır.
Portalımızı ziyarət edən hər kəsə sağlam və xoş bir həyat yolunda yol yoldaşı olmağı ümid edirik.
Sizin sağlamlığınız öncə dövlətimizin prioriteti və bizim məsuliyyətimizdir!
-
Saqifədən Əməvilərə: Quranın meyarından hakimiyyətin dininəSon xəbərlər22 Oktyabr 2026, 12:21
-
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkibSon xəbərlər22 Oktyabr 2026, 09:24
-
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olubSon xəbərlər22 Oktyabr 2026, 09:05
-
Gündəlik vərdişlərimiz sağlamlığımıza nə dərəcədə zərərlidir?Son xəbərlər22 Oktyabr 2026, 07:30
-
Rəqəmsallaşma — rahatlıq, yoxsa aslılıq?Son xəbərlər21 Oktyabr 2026, 15:00
-
Arıqlamağın 3 effektiv yolu - Dr Vasif İsmayıldan tövsiyələrSon xəbərlər21 Oktyabr 2026, 11:22
-
Pediatriya İnstitutunda şəhid ailəsinin övladlarının müalicəsi diqqətdə saxlanılırSon xəbərlər21 Oktyabr 2026, 10:10
-
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmətSon xəbərlər21 Oktyabr 2026, 08:35
-
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı MÜRACİƏTİSon xəbərlər20 Oktyabr 2026, 10:37
-
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi vahid strateji idarəetməni gücləndirəcəkSon xəbərlər20 Oktyabr 2026, 09:12
-
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə GünüdürSon xəbərlər20 Oktyabr 2026, 08:24
-
Səhiyyə islahatlarının əsas məqsədi vahid idarəetmə sisteminin formalaşdırılmasıdır ŞƏRHSon xəbərlər20 Oktyabr 2026, 08:08