TƏBİB nümayəndələri Banqkokda keçirilən 22-ci AMN Beynəlxalq Konqresində
23 İyul 2025
418
TƏBİB-in nümayəndə heyəti Tailandın Banqkok şəhərində keçirilən 22-ci AMN (Multidistiplinar Neyrotravmatologiya Akademiyası) Beynəlxalq Konqresində geniş tərkibdə təmsil olunub. Heyətə TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov, Respublika Neyrocərrahiyyə Xəstəxanasının neyrocərrahı Nizami Məmmədov və Azərbaycan Neyrocərrahiyyə Assosiasiyasının sədri, Azərbaycan Tibb Universitetinin Neyrocərrahiyyə kafedrasının müdiri Rövşən Xəlilzadə daxil olub.
Azmedinfo.az xəbər verir ki, neyrotravmatologiya sahəsində dünyanın aparıcı mütəxəssislərini bir araya gəldiyi travmatik beyin zədələnmələri üzrə ən son elmi və klinik yeniliklərin təqdim olunduğu tədbirdə ümumilikdə 15-dən çox ölkədən 350-dən artıq ekspert, həkim və tədqiqatçı iştirak edib. Konqresin əsas məqsədi travmatik beyin zədələnməsi və digər neyrotravmalar üzrə multidissiplinar yanaşmanın gücləndirilməsi, yeni diaqnostika, müalicə, cərrahiyyə və reabilitasiya metodlarının təqdimatı olub.
İki gün ərzində 13 tematik sessiya keçirilib, 3 debat paneli və 2 interaktiv klinik müzakirə baş tutub. Sessiyalarda travmatik beyin zədələnmələrinin erkən mərhələdə diaqnostikası və təcili tibbi yardımı, hospitalqabağı və reanimasiya mərhələsində qərar qəbuletmə, neyrocərrahiyyə müdaxilələrinin müasir protokolları, travma sonrası reabilitasiya, neyropsixoloji və kognitiv ağırlaşmaların idarə olunması və digər sahələr üzrə aktual mövzuların müzakirəki aparılıb.
TƏBİB-in İcraçı direktorun müşaviri Pərvin Əkbərov konqresin elmi proqramı çərçivəsində “Travmatik beyin zədələnməsindən sonrakı reabilitasiyada keyfiyyət göstəriciləri” mövzusunda çıxış edib. O, Azərbaycanda bu sahədə tətbiq olunan yanaşmalar, nəticəyə əsaslanan idarəetmə modeli və keyfiyyət göstəricilərinin klinik proseslərə inteqrasiyası barədə ətraflı məlumat verib. Pərvin Əkbərov Azərbaycanın neyroreabilitasiya son illərdə əldə etdiyi irəliləyişlərdən də söz açıb. O bildirib ki, ölkəmizdə neyroreabilitasiya sahəsində həyata keçirilən islahatlar, əsasən, pasiyent mərkəzli və nəticəyə əsaslanan idarəetmə modelinə söykənir. İcraçı direktorun müşaviri vurğulayıb ki, travmatik beyin zədələnmələrindən sonra pasiyentin funksional bərpasına nail olunmasında multidissiplinar komanda yanaşmasının, yəni fizioterapevt, loqoped, psixoloq, sosial işçi və digər ixtisasların koordinasiyalı fəaliyyətinin xüsusi əhəmiyyəti var.
Pərvin Əkbərov qeyd edib ki, TƏBİB-in təşəbbüsü ilə tətbiq olunan “goal-oriented care” modeli çərçivəsində hər bir pasiyent üçün fərdi reabilitasiya məqsədləri müəyyən edilir və bu məqsədlərə çatma səviyyəsi ölçülür. Onun sözlərinə görə, bu istiqamətdə ölkə üzrə vahid göstərici çərçivəsinin hazırlanması üzərində işlər aparılır, nəticələrin davamlı monitorinqi üçün isə mərhələli şəkildə rəqəmsal sistemlərin tətbiqi nəzərdə tutulur.
O, həmçinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Dünya İnsult Təşkilatı (WSO) və Avropa İnsult Təşkilatının (ESO) tövsiyələrinin Azərbaycandakı neyroreabilitasiya sisteminə uğurla inteqrasiya edildiyini bildirilib. Pərvin Əkbərov vurğulayıb ki, bu tövsiyələrə əsaslanan yanaşmalar travmatik beyin zədələnməsi olan pasiyentlər üçün ölçülə bilən nəticələrə və daha keyfiyyətli tibbi-sosial bərpaya şərait yaradır.
Konqresdən əvvəl “Neurotrauma Treatment Simulation Center (NTSC) Extended” çərçivəsində simulyasiya təlimləri keçirilib. Təlimlərdə Azərbaycan nümayəndə heyəti də iştirak edib. Simulyasiyalarda real klinik situasiyalar üzərində qərar qəbuletmə, interdisiplinar koordinasiya və komanda işi üzrə bacarıqlar nümayiş olunub.
Tədbir çərçivəsində AMN-in Beynəlxalq Fokus qrupları yaradılıb. Qruplar neyrotravmatologiya üzrə beynəlxalq səylərin koordinasiyası, elmi əməkdaşlıq və təlim strategiyalarının hormonizasiyasını hədəfləyir. Azərbaycan bu qruplarda rəsmi üzv qismində seçilib və ölkəni platformada təmsil etmək səlahiyyəti Pərvin Əkbərova həvalə olunub.
Azərbaycan nümayəndə heyətinin konqresdə fəal iştirakı ölkəmizin beynəlxalq tibbi platformalarda təmsilçiliyinin güclənməsinə, travmatik beyin zədələnmələri sahəsində qabaqcıl bilik və təcrübə mübadiləsinə, eləcə də gələcək əməkdaşlıq imkanlarının formalaşmasına mühüm töhfə verib.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654