25-26 iyul tarixlərində Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Vilayətinin Urumçi şəhərində 6-cı "Kəmər və Yol" Akademik Forumu keçiriləcək.
Azmedinfo.az-a verilən məlumata görə, ölkəmizi Forumda təmsil edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova və institutun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Vüsal Hacıyev Forum çərçivəsində bu gün Sincan Uyğur Muxtar Vilayətinin Xalq Xəstəxanasının fəaliyyəti ilə yaxından tanış olublar.
Ziyarət zamanı bildirilib ki, bu tibb müəssisəsində 5000-dən çox əməkdaş, o cümlədən yüzlərlə təcrübəli həkim və professor çalışır. Xəstəxana ildə 2 milyondan çox ambulator xəstəyə xidmət göstərir, burada 90 mindən çox cərrahi əməliyyat həyata keçirilir. Müasir tibbi texnologiyalarla təchiz olunan mərkəzdə robotik cərrahiyyə geniş tətbiq olunur. Qeyd edilib ki, xəstəxana 2000 km məsafədə yerləşən xəstələrə belə robotlar vasitəsilə angioqrafiya, stent implantasiyası və müxtəlif əməliyyatlar həyata keçirmək imkanına malikdir. Burada eyni zamanda ürək, böyrək və ağciyər transplantasiyası uğurla icra edilir.
Xəstəxana həmçinin elmi-tədris mərkəzi funksiyasını yerinə yetirir və bir sıra milli və regional ixtisaslar üzrə həkim hazırlığı həyata keçirilir. Bununla yanaşı, müəssisə Çin Səhiyyə Nazirliyi tərəfindən beynəlxalq təcili yardım mərkəzi kimi də tanınıb.
Xəstəxana rəhbərliyi ilə keçirilən görüş zamanı professor Gülnaz Dadaşova qeyd edib ki, Sincan regionunda səhiyyənin inkişafında mühüm rol oynayan bu mərkəz, beynəlxalq əməkdaşlıq və akademik mübadilələr üçün də önəmli platforma hesab olunur. O bildirib ki, bu cür təcrübə mübadiləsi və əlaqələr, Azərbaycan ilə Çin arasında səhiyyə əməkdaşlığına əhəmiyyətli töhfələr verəcək.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654