Çinin Sincan Uyğur Muxtar Rayonunun mərkəzi Urumçi şəhərində 6-cı "Kəmər və Yol" Akademik Forumu keçirilirb. Tədbir həm "Kəmər və Yol" təşəbbüsünün elmi və tibbi əməkdaşlıq aspektlərini önə çıxarır, həm də Sincan Uyğur Muxtar Rayonunun yaranmasının 70 illik yubileyi ilə əlaqələndirilib. Forumun keçirilməsi Çinin 14-cü beşillik inkişaf planının son mərhələsinə təsadüf etməsi ilə də əlamətdardır.
Azmedinfo.az xəbər verir ki, Forum dünyanın müxtəlif ölkələrindən tanınmış səhiyyə ekspertlərini, elmi tədqiqat mərkəzlərinin nümayəndələrini və nüfuzlu təşkilatların rəhbərlərini bir araya gətirib. Azərbaycanı bu nüfuzlu platformada Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova və institutun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Vüsal Hacıyev təmsil edirlər.
Professor G.Dadaşova forum çərçivəsində "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqindən əvvəl və sonrakı səhiyyə mənzərəsi" mövzusunda çıxış edib. V.Hacıyev isə kardioloji xidmətin cari çağırışlarını əhatə edən "Ürək-damar xəstəliklərindən ölüm hallarının azaldılmasında kardiologiyanın rolu" adlı məruzəsini təqdim edib. Hər iki təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbir zamanı Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu ilə Sincan Uyğur Muxtar Rayonunun Xalq Xəstəxanası arasında kardiologiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Professor Gülnaz Dadaşovanın sözlərinə görə, bu sənəd Azərbaycanın beynəlxalq səhiyyə platformasında mövqeyinin möhkəmlənməsi və əhalinin daha keyfiyyətli tibbi xidmətlə təmin olunması istiqamətində mühüm addımdır.
Forum iştirakçıları Sincan Uyğur Muxtar Vilayətinin Xalq Xəstəxanası ilə yaxından tanış olublar. Qeyd olunub ki, bu tibb müəssisəsi hər il 2 milyondan artıq ambulator xəstəyə xidmət göstərir, burada ildə 90 mindən çox cərrahi əməliyyat icra olunur. Xəstəxana ən müasir tibbi texnologiyalarla təchiz edilib və burada robotik cərrahiyə uğurla tətbiq edilir. Hətta 2 min kilometr uzaqlıqda yerləşən xəstələrə belə robotlar vasitəsilə angioqrafiya və stend qoyulması kimi prosedurlar həyata keçirilir. Burada, həmçinin, ürək, böyrək və ağciyər transplantasiyası da uğurla icra olunur.
Azərbaycan nümayəndələrinin bu beynəlxalq forumda iştirakı ölkəmizin səhiyyə sistemində əldə olunan nailiyyətlərin dünya səviyyəsində tanıdılması, elmi əməkdaşlığın möhkəmlənməsi və regionlararası tibbi əlaqələrin inkişafı baxımından əhəmiyyətli hadisədir.
Qeyd edək ki, son illər Azərbaycan ilə Çin arasında səhiyyə sahəsində əməkdaşlıq xüsusilə nəzərəçarpacaq dərəcədə inkişaf edib. Cari ilin aprelində səhiyyə naziri Teymur Musayevin Çinə səfəri zamanı keçirilən beynəlxalq forumda iştirak etməsi, o cümlədən ölkəmizdə aparılan islahatlar, rəqəmsallaşma təşəbbüsləri və tibdə yeni texnologiyaların tətbiqi ilə bağlı verdiyi çıxışlar bu əlaqələrin genişlənməsinə töhfə verib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654