Yeni Klinikada ozon terapiya və regenerativ tibbin imkanları müzakirə olunub
27 İyul 2025
1428
Yeni Klinikada “Ozon terapiya və regenerativ yibb tətbiqləri” mövzusunda elmi seminar təşkil olunub. Tədbirin əsas məqsədi müasir tibbi yanaşmaların paylaşılması, bu sahədə nəzəri və praktiki biliklərin təkmilləşdirilməsi olub.
Azmedinfo.az xəbər verir ki, seminarda TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Somatika və Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov, Türkiyədən dəvət olunmuş Ege Universiteti Tibb Fakültəsi Xəstəxanasının Anesteziya və reanimasiya şöbəsinin alqologiya üzrə tədris elmi işçisi Prof.Dr. Can Eyigör həmçinin müxtəlif ixtisaslardan olan həkim-mütəxəssislər iştirak ediblər.
Açılış mərasimində çıxış edən Yeni Robotik Reabilitasiya Mərkəzinin şöbə müdiri Aytən Ağalarova Pərvin Əkbərovun rəhbərliyi ilə təşkil olunan bu kimi seminarlar sayəsində müasir cihaz və avadanlıqların beynəlxalq təcrübə əsasında yerli səhiyyə sisteminə inteqrasiyasının sürətləndiyini, həmçinin tibbi personalın bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verildiyini vurğulayıb.
Seminar zamanı çıxış edən Prof. Dr. Can Eyigör ozon terapiyası və regenerativ tibbin son illərdə alternativ və tamamlayıcı tibb sahəsində yüksələn tendensiyalardan biri olduğunu bildirib. O vurğulayıb ki, bu müalicə üsulları bədənin özünü bərpaetmə qabiliyyətini aktivləşdirərək iltihabın azaldılmasına, toxuma yenilənməsinə və ümumilikdə sağalma müddətinin sürətlənməsinə töhfə verir.
Tədbirin praktiki hissəsi Yeni Robotik Reabilitasiya Mərkəzində keçirilib. Burada iştirakçılara ozon terapiyası və regenerativ tibb prosedurlarının icrası ilə bağlı təqdimat nümayiş etdirilib. Eyni zamanda mərkəzdə mövcud olan avadanlıq, tətbiq olunan müalicə protokolları və pasiyent yönümlü yanaşmalar barədə ətraflı məlumat verilib. Seminarda regenerativ tibb sahəsində tətbiq edilən PRP (trombositlə zəngin plazma) və kök hüceyrə müalicələrinin oynaq problemləri, əzələ və bağ zədələri, idman travmaları və qığırdaq degenerasiyası kimi klinik hallarda geniş istifadə olunduğu qeyd olunub.
Beynəlxalq təcrübənin yerli praktikaya inteqrasiyası və həkimlərin biliklərinin artırılması baxımından mühüm əhəmiyyət daşıyan eyni zamanda interaktiv formada baş tutan seminar sual-cavab sessiyası ilə yekunlaşıb.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654