Özbəkistan Respublikasının Sosial Tibbi Sığorta Fondunun (Fond) İcraçı direktorunun birinci müavini Şuxrat İnoyatovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfər edib.
Azmedinfo.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyəti sədrinin müavini Nigar Bayramova ilə görüşüb. Səfərin əsas məqsədi iki ölkə arasında ötən il imzalanan Anlaşma Memorandumunda 2025-2028-ci illər üçün nəzərdə tuttulan Fəaliyyət Planının prioritet istiqamətlərinin müzakirəsi və icbari tibbi sığorta sahəsində ölkəmizin uğurlu təcrübəsinin öyrənilməsidir.
Qonaqları Azərbaycanda qəbul etməkdən məmnun olduğunu bildirən Nigar Bayramova qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasındakı möhkəm tərəfdaşlıq səhiyyə və tibbi sığorta sahələrini də əhatə edir: “Ölkələrimiz arasında münasibətlərin dərinləşməsi qarşılıqlı etimadın möhkəmləndirilməsinə və strateji tərəfdaşlığın icrasına xidmət edir. Hər iki ölkə rəhbərinin birgə səyləri və əməkdaşlığa verdikləri önəm münasibətlərin inkişafında əsas rol oynayır. Atılan addımlar xalqlarımız arasında mədəni və mənəvi əlaqələrin, Azərbaycanla Özbəkistan arasında uzunmüddətli və etibarlı tərəfdaşlığın qurulmasına şərait yaradır. Bu əməkdaşlıq səhiyyə sahəsində də əhəmiyyətli irəliləyişlərə yol açır. Ötən il, Agentlik və Fond arasında imzalanan Memorandum bizə bir çox istiqamətlərdə əməkdaşlıq imkanı yaradır. Ən vacib sahələrdən biri tibbi sığorta üzrə qanunvericiliyin təkmilləşdirilməsidir. Azərbaycan bu sahədə son illərdə mühüm təcrübə toplayıb və bu təcrübənin bölüşülməsi faydalı olacaq”.
Şuxrat İnoyatovun sözlərinə görə, Azərbaycanın icbari tibbi sığorta sahəsində əldə etdiyi nailiyyətlərlə tanış olmaq Özbəkistanda icbari tibbi sığorta sisteminin qurulmasında mühüm rol oynayır: “Əldə edilən uğurlar bütün ölkə üzrə əhatəlilik, əhalinin neyrocərrahiyyə, kardiocərrahiyyə və digər yüksək texnologiyalı tibbi xidmətlərə çıxışı, eləcə də səhiyyənin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar bizim üçün olduqca dəyərlidir. Bu təcrübəni böyük maraqla öyrənirik. İmzalanan memorandum isə ölkələrimiz arasında davamlı və sistemli əməkdaşlığın əsasını qoyur, qarşılıqlı bilik və təcrübə mübadiləsinə geniş imkanlar yaradır”.
İki gün davam edən görüşlər çərçivəsində Agentliyin səlahiyyətli nümayəndələri müxtəlif istiqamətlər üzrə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda tibbi yardımın maya dəyərinin hesablanması, çağrı mərkəzi xidmətinin təşkili, strateji inkişaf və iqtisadi təhlil, informasiya texnologiyaları, tibbi xidmətlər və dərman vasitələri, maliyyə idarəçiliyi, tibbi planlama, insan resurslarının idarə olunması və inkişafı, eləcə də marketinq, ictimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq kimi sahələr əhatə olunub.
Agentlik və Fond arasında imzalanmış Anlaşma Memorandumunun Fəaliyyət Planı çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub, gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Xatırladaq ki, Agentlik və Fond arasında qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində 2024-cü ildə Anlaşma Memorandumu imzalanıb və 2025-2028-ci illəri əhatə edən Fəaliyyət Planı təsdiq olunub.
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026286
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026224
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026178
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026176
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026172
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026168
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026154
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026154
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026148
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026146
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026142
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026142