İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sinqapur Respublikasına səfər edib.
Azmedinfo.az xəbər verir ki, 28 iyulda başlayan səfər çərçivəsində nümayəndə heyəti Sinqapurun səhiyyə üzrə baş dövlət naziri Kou Pou Kun ilə görüşüb. Görüşdə Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi, səhiyyə sahəsində həyata keçirilən islahatlar və maliyyələşdirmə mexanizmləri barədə məlumat verilib. Bildirilib ki, ölkəmizdə tətbiq edilən icbari tibbi sığortanın məqsədi əhalinin tibbi xidmətlərə maliyyə çətinliyi çəkmədən çıxışını təmin etməkdir.
Baş dövlət naziri Kou Pou Kun Azərbaycan nümayəndə heyətini salamlayaraq ölkəsinin səhiyyə təcrübəsinə göstərilən marağı yüksək qiymətləndirib. O, Sinqapurun səhiyyə siyasətinin formalaşdırılması, tibbi xidmətlərin tənzimlənməsi, maliyyələşdirilməsi və rəqəmsal innovasiyaların tətbiqi sahəsində görülən işlər barədə məlumat verib.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev beynəlxalq təcrübənin öyrənilməsinin, xüsusilə Sinqapur modelinin araşdırılmasının səhiyyə sistemində dayanıqlı maliyyələşdirmə mexanizmlərinin qurulması baxımından əhəmiyyətini vurğulayıb.
Nümayəndə heyəti həmçinin Sinqapurun Səhiyyə Nazirliyində təşkil olunan təqdimatda iştirak edib. Nazirliyin Maliyyə Tərəfdaşlığı və İdarəetmə üzrə direktor müavini Li Saycia ölkəsinin səhiyyə sisteminin maliyyələşməsi, büdcə planlaşdırılması və səhiyyə müəssisələrinə ödəniş mexanizmləri barədə təqdimatla çıxış edib.
Nümayəndə heyəti həmçinin Sinqapurun Mərkəzi Təminat Fondunun (CPF) Tibbi Xərclərin Ödənilməsi üzrə direktor müavini Tan Mey Penlə görüşüb. Fondun nümayəndəsi Sinqapurun səhiyyə sisteminin fərdi məsuliyyət və dövlət dəstəyini birləşdirən balanslı maliyyələşdirmə modelinə əsaslandığını bildirib. O, əhalinin tibbi xərclərini qarşılamaq üçün mövcud olan MediSave, MediShield Life və MediFund proqramları barədə geniş məlumat verib.
Səfər çərçivəsində nümayəndə heyəti həmçinin Sinqapur Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Səhiyyə Texnologiyaları üzrə Dövlət Agentliyində – Synapxedə olub. Qurumun fəaliyyəti barədə məlumat verilib və qeyd olunub ki, Synapxe ölkənin rəqəmsal səhiyyə infrastrukturunun qurulması, İT sistemləri ilə təminat, pasiyentyönümlü xidmətlərin təşkili və informasiya təhlükəsizliyinin gücləndirilməsi sahələrində fəaliyyət göstərir. Synapxe, həmçinin Sinqapurda “Ağıllı Səhiyyə” ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır.
Səfər zamanı nümayəndə heyəti Tampinis rayonundakı yeni nəsil poliklinikaya baş çəkib. Poliklinikanın direktoru və ailə həkimi Sabrina Vi bildirib ki, pandemiyadan sonra tikilən bu tibb müəssisəsi vətəndaşlara ilkin tibbi yardımın multidisiplinar əsasda göstərilməsini təmin edir. Burada tətbiq olunan telemedisin xidməti (məsafədən tibbi məsləhət və müalicə imkanları) xüsusilə yaşlı və fiziki məhdudiyyətli şəxslər üçün əlverişlidir. Agentliyin nümayəndələri tibb müəssisəsinin triaj sistemi, gözləmə sahəsi, aptek, laboratoriya, konsultasiya kabineti, uşaqlar üçün immunizasiya otağı ilə tanış olublar.
Səfər çərçivəsində Zaur Əliyev, həmçinin Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti qismində Sinqapurda keçirilən su idman növləri üzrə Dünya Çempionatının konqresində iştirak edib. Konqreslə paralel Sinqapurda su idman növləri üzrə Dünya Çempionatı keçirilir. Z.Əliyev həmçinin üzgüçülərimizin çıxış etdiyi yarışı izləyib, yarışdan sonra milli komanda üzvləri ilə ətraflı söhbət edib və onlara uğurlar arzulayıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654