Yeni Klinikada cəmiyyətdə orqan donorluğu haqqında məlumatlılığı artırmaq, bu sahədə ictimai dəstəyin formalaşdırılmasını təşviq etmək məqsədilə “Mən nə üçün donor olmaq istəyirəm?” adlı maarifləndirici tədbir təşkil olunub.
Azmedinfo.az xəbər verir ki, tədbirdə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin sədr müavini Günay Abbasova, Yeni Klinikanın direktoru Barat Yusubov, direktor müavini, Cərrahiyyə və Transplantasiya Mərkəzinin rəhbəri Eldar Əhmədov, eləcə də tibb müəssisəsinin əməkdaşları iştirak ediblər.
Günay Abbasova tədbirdə çıxış edərək, donorluğun müxtəlif növləri, ölümdən sonra donor olma prosesi, müxtəlif ölkələrdə tətbiq olunan razılıq prinsipləri və hüquqi çərçivələr, həmçinin real həyat hadisələri barədə ətraflı təqdimatla çıxış edib. Onun təqdimatı iştirakçılarda bu sahəyə dair geniş və aydın təsəvvür yaradıb.
Yeni Klinikanın direktoru Barat Yusubov öz çıxışında cəmiyyətdə orqan donorluğuna dair düşüncələrin formalaşmasında maarifləndirmə işlərinin vacibliyini xüsusi vurğulayıb. O bildirib ki, orqan transplantasiyası yalnız bir insanın həyatını xilas etmir, eyni zamanda onlarla ailənin taleyinə ümid və işıq bəxş edir. Onun fikrincə, bu sahədə bilik və anlayışın artırılması tibb mütəxəssislərinin həm peşə borcu, həm də mənəvi məsuliyyətidir.
Direktor müavini Eldar Əhmədov çıxışında transplantasiya sahəsindəki mövcud vəziyyət, klinik təcrübələr, eləcə də Yeni Klinikada bu istiqamətdə atılan mühüm addımlar, həyata keçirilmiş əməliyyatlar və formalaşdırılan ixtisaslı tibbi komandalar haqqında məlumat verib.
Tədbirin sonunda Barat Yusubov, Eldar Əhmədov və tibb müəssisəsinin bir sıra əməkdaşları ölümdən sonra donor olmaqla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edilmiş razılıq ərizələrini imzalayıblar. Bu addım həm şəxsi nümunə, həm də cəmiyyətə verilmiş mənəvi mesaj kimi yüksək dəyərləndirilib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654