TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı əsasında ölkənin bir sıra tibb müəssisələrində rəhbər heyətdə dəyişikliklər edilib.
Azmedinfo.az xəbər verir ki, qurumdan verilən məlumata görə, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına Natiq Əliyev, Qusar Rayon Mərkəzi Xəstəxanasına İmran Qurbanov, Yardımlı Rayon Mərkəzi Xəstəxanasına Ravil Qənbərov, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına isə Xəqani Abasov direktor təyin olunublar.
Yeni təyinat alan rəhbərlərin peşə ixtisasları və əvvəlki vəzifələri də açıqlanıb. Belə ki, infeksionist Natiq Əliyev daha öncə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına rəhbərlik edib. Cərrah ixtisaslı İmran Qurbanov isə Şamaxı xəstəxanasında direktor vəzifəsində çalışıb. Yardımlı RMX-nın yeni rəhbəri Ravil Qənbərov həmin tibb müəssisəsində İlkin səhiyyə xidmətləri şöbəsinin müdiri olub. Terapevt Xəqani Abasov isə indiyədək Hacıqabul RMX-da keyfiyyətə nəzarət sahəsində fəaliyyət göstərib.
Bundan əlavə, Sabunçu, Xətai, Tovuz və Lənkəran rayonlarında fəaliyyət göstərən tibb müəssisələrinə də yeni direktor müavinləri təyin olunub. Kamil Hacıyev Sabunçu Tibb Mərkəzində cərrahi xidmətlər üzrə direktor müavini, Sevda Əliyeva Xətai Tibb Mərkəzində baş həkim – direktor müavini, Faiq Vəliyev Tovuz RMX-nın cərrahi xidmətlər üzrə müavini, Eyvaz Məmmədov isə Lənkəran RMX-da terapevtik xidmətlər üzrə direktor müavini vəzifələrinə gətirilib.
Təyin olunmuş şəxslər daha əvvəl də müxtəlif tibb müəssisələrində məsul vəzifələrdə çalışıblar.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654