“Ana südü ilə qidalanma həftəsi” çərçivəsində maarifləndirici tədbir
08 Avqust 2025
912
Ana südü ilə qidalanmanın təşviqi məqsədilə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Ana südü ilə qidalanma həftəsi” çərçivəsində analar üçün maarifləndirici tədbir təşkil olunub.
Azmedinfo.az xəbər verir ki, tədbirdə institutun direktoru, elmi katib və şöbələrdə müalicə alan körpələrin anaları iştirak ediblər.
Tədbirin açılışı institutun direktoru, dosent Aynur Poluxovanın nitqi ilə başlayıb. O, ana südü ilə qidalanmanın uşağın sağlam inkişafındakı əvəzsiz rolundan danışaraq qeyd edib ki, ana südü yalnız qida mənbəyi deyil, həm də körpənin immun sisteminin möhkəmlənməsi və müxtəlif infeksiyalardan qorunması üçün ən ideal vasitədir. Eyni zamanda əmizdirmə dövründə döşə düzgün qulluq qaydalarına da toxunub. O, qeyd edib ki, analar gigiyena qaydalarına əməl etməli, əmizdirmədən əvvəl və sonra döş giləsini təmiz su ilə yumalı, qıcıqlanma və çatların qarşısını almaq üçün döşə qulluq vasitələrindən istifadə etməlidirlər. Düzgün qulluq həm ananın sağlamlığı, həm də körpənin infeksiyalardan qorunması baxımından vacibdir. O həmçinin institutda yaradılan “Analar məktəbi” tədbirləri çərçivəsində analara göstərilən dəstəyin və maarifləndirmə işlərinin davamlı olacağını vurğulayıb, institutun bu istiqamətdə fəaliyyətini genişləndirdiyini qeyd edib.
Daha sonra ETPÍ-nin Pediatriya elmi bölməsinin rəhbəri Günay Salehova və kiçik elmi işçi Aygün Abbasəliyeva ana südünün əhəmiyyəti, onun tərkibi, uşağın inkişafına təsiri və düzgün əmizdirmə texnikaları barədə təqdimatla çıxış ediblər. Onlar ana südünün ilk 6 ay ərzində körpə üçün bütün qida və maye tələbatını tam qarşıladığını xüsusi vurğulayıblar.
Tədbirdə institutun elmi katibi, dosent Sevinc Nəsirova çıxış edərək ana südünün həm uşaq, həm də ana sağlamlığı üçün faydalarını elmi faktlarla əsaslandırıb. O, həmçinin anaların bu mövzuda maarifləndirilməsinin vacibliyini qeyd edib və bu cür tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda anaların sualları cavablandırılıb, əmizdirmə ilə bağlı praktiki məsləhətlər verilib və maarifləndirici materiallar paylanıb. Tədbir analar tərəfindən böyük maraqla qarşılanıb və yüksək qiymətləndirilib.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654