Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Milli Preventiv Mexanizm mandatı çərçivəsində, habelə "Psixi sağlamlıq və insan hüquqları" üzrə yaradılmış İşçi qrupun fəaliyyəti çərçivəsində bir sıra psixi sağlamlıq müəssisələrinə baxış keçirilib.
Azmedinfo.az xəbər verir ki, Ombudsman Aparatının yaydığı məlumata görə, bu çərçivədə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Klinik Psixiatriya Xəstəxanası və Bakı şəhəri Narkoloji Mərkəzinə monitorinq xarakterli başçəkmələr təşkil olunub.
Həyata keçirilən bu tədbirlər BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokoluna, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa, həmçinin “Psixiatriya yardımı haqqında” qanuna əsasən icra edilib.
Monitorinqin əsas məqsədi adıçəkilən müəssisələrdə xəstələrlə rəftar, tibbi xidmətin keyfiyyəti və müalicə şəraitinin mövcud vəziyyətini qiymətləndirmək, pasiyent hüquqlarının təmin olunması ilə bağlı məsələləri araşdırmaqdan ibarət olub.
2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında həm ambulator, həm də stasionar müalicə xidmətləri göstərildiyi müəyyən olunub. Əvvəlki monitorinqlər zamanı aşkarlanan bir sıra çatışmazlıqların aradan qaldırıldığı, vakant iş yerlərinə yeni əməkdaşların təyin edildiyi və təmir işlərinin aparıldığı qeyd edilib. Eyni zamanda, xəstələrin sənədləşmə prosesi, açıq havada gəzinti imkanları və ümumi yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə tövsiyələr də verilib.
Bakı şəhəri Narkoloji Mərkəzinə edilən baxış zamanı isə müəssisənin yalnız ambulator xidmət göstərdiyi məlum olub. Lakin həkim sayının azlığı və binanın fiziki məkanının məhdudluğu da diqqətə çatdırılıb.
Başçəkmələrin sonunda müəssisə rəhbərliyinə hüquqi məsələlərlə bağlı maarifləndirici məlumatlar təqdim olunub, eyni zamanda Ombudsman Aparatının çap məhsulları və “916” Çağrı Mərkəzi barədə məlumat lövhələri paylanılıb.
Ombudsman Aparatından bildirilib ki, hər iki müəssisənin daha geniş və müasir binalara köçürülməsi nəzərdə tutulur. Bununla belə, bu prosesin sürətləndirilməsi zəruri hesab olunur. Monitorinqlər zamanı qeydə alınmış nöqsanlarla bağlı aidiyyəti üzrə Səhiyyə Nazirliyinə rəsmi müraciət olunacaq.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654