Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda qeydə alınan 6,1 bal gücündə zəlzələ ciddi fəsadlara səbəb olub. Uçan binanın dağıntıları altından çıxarılan dörd nəfərdən biri həyatını itirib. Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Azmedinfo.az xəbər verir ki, nazirin sözlərinə görə, zəlzələ nəticəsində ümumilikdə 16 tikili dağılıb, lakin onlardan yalnız dördündə yaşayış var idi. Hazırda xəsarət alan 29 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur. Səhərin ilk saatlarından etibarən bölgədə dəyən ziyanın qiymətləndirilməsi üzrə araşdırmalara başlanılacaq.
AFAD-ın son açıqlamasına əsasən, əsas təkanlardan sonra bölgədə beş baladək gücdə 20 afterşok qeydə alınıb. Axtarış-xilasetmə əməliyyatlarına 319 nəfərlik heyət və 79 texnika cəlb olunub, Fövqəladə Halların İdarəetmə Mərkəzləri fəaliyyətə başlayıb. Təcili Çağırış Mərkəzinə 24 zərər barədə müraciət daxil olub və ərazidə yoxlamalar davam edir.
İlkin məlumata görə, dağıntılar altında qalan iki nəfər xilas edilib, daha ikisinin axtarışına isə davam olunub. Sındırqı Bələdiyyəsinin başçısı Serkan Sak bildirib ki, uçan bina ilə yanaşı digər məhəllələrdə də 10-dan çox tikili, o cümlədən kəndlərdə məscidlər dağılıb.
Səhiyyə naziri Kemal Memişoğlu zəlzələdən təsirlənən dörd nəfərin xəstəxanaya yerləşdirildiyini, onların həyatlarının təhlükədə olmadığını açıqlayıb.
Zəlzələ Balıkesir başda olmaqla İstanbul, İzmir, Kütahya, Yalova, Manisa, Uşak, Aydın, Eskişehir, Sakarya və Tekirdağda da hiss olunub. Prezident Rəcəb Tayyib Ərdoğan hadisədən dərhal sonra bütün aidiyyəti qurumların fəaliyyətə başladığını və prosesi şəxsən izlədiyini bəyan edib.
Son günlərdə Sındırqı rayonunda 3,5 baldan yuxarı bir neçə yeraltı təkanın qeydə alındığı bildirilir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654