Azərbaycanda əhalinin sağlamlıq göstəricilərini yaxşılaşdırmaq, icbari tibbi sığorta ilə tibbi xidmətlərə əlçatanlığı artırmaq və səhiyyə sistemini daha dayanıqlı etmək məqsədilə "İlkin Tibbi-Sanitariya Yardımının Təkmilləşdirilməsi üzrə Konsepsiya" sənədi təsdiqlənib. Konsepsiya sənədi 2030-cu ilə qədər əhaliyə əlçatan, keyfiyyətli və davamlı ilkin tibbi-sanitariya yardımının təmin olunmasını qarşıya məqsəd qoyur.
Azmedinfo.az xəbər verir ki, konsepsiyada ailə həkimliyi institutunun gücləndirilməsi, TƏBİB-in tabeliyindəki ilkin tibbi-sanitariya yardımı göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması və rəqəmsal texnologiyaların tətbiqi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi əhaliyə icbari tibbi sığorta çərçivəsində əlçatan, keyfiyyətli, əhatəli və pasiyentyönümlü tibbi xidmətin göstərilməsinə gətirib çıxaracaq. Habelə, ən ucqar nöqtələrdə olan vətəndaşaların da fasiləsiz tibbi xidmət almalarına imkan yaradacaq, xəstəliklərin erkən aşkarlanmasına və vaxtında müalicəsinə xidmət etmiş olacaq. Bu da ilkin səhiyyə sahəsində icbari tibbi sığorta fondundan ayrılan maliyyə resurslarından səmərəli istifadəyə və universal tibbi təminatın təşkilinə də müsbət təkan verəcək.
İlkin tibbi-sanitariya yardımı göstərən tibb müəssisələrinin fəaliyyətinin rəqəmsallaşması çərçivəsində kənd tibb məntəqələri, kənd həkim məntəqələri, ailə sağlamlıq mərkəzləri (ASM) və ambulator-poliklinik tibb müəssisələrinə müraciət edən pasiyentlərin qeydiyyatının, müayinə və müalicə üçün göndərişlərin verilməsi və izlənilməsi prosedurlarının tam elektronlaşdırılması planlaşdırılıb.
Əsas yeniliklərdən biri ilkin tibbi-sanitariya yardımının maliyyələşməsinin adambaşına və fəaliyyət nəticələrinə əsasən aparılması ilə bağlıdır. Yeni yanaşma bu sahəyə ayrılan maliyyə resurslarının regionlar üzrə balanslı paylanmasını hədəfləyir. Yeni maliyyələşmə mexanizmi ilkin tibbi-sanitariya yardımının rəqabət qabiliyyətliliyini və tibb mütəxəssisləri üçün cəlbediciliyini artıracaq.
Tibbi xidmət təchizatçılarına düzgün motivasiya yaradan ödəniş mexanizmlərinin tətbiqi də nəzərdə tutulur. Belə ki, ana və uşaq sağlamlığı, xroniki xəstəliklər və digər prioritet xəstələnmə halları üzrə xidmətlərin göstərilməsinə görə tibb mütəxəssislərinin əməkhaqlarına həvəsləndirici əlavələr tətbiq ediləcək. Bundan əlavə, təhkimçiliyində olan əhalinin sağlamlıq və yaş göstəricilərinə, habelə iş şəraitinə görə ailə həkimlərinə və tibb bacılarına stimullaşdırıcı maliyyə ödənişlərinin edilməsi nəzərdə tutulur.
Konsepsiya sənədində nəzərdə tutulan tədbirlər əhalinin ehtiyaclarına uyğun keyfiyyətli səhiyyə xidmətlərinə bərabər qaydada və maliyyə yükü ilə qarşılaşmadan əlçatanlığı təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB artıq 2 ilə yaxındır ki, əhaliyə əlçatan, əhatəli, davamlı və koordinasiyalı ilkin tibbi-sanitariya yardımının təmin edilməsi üzərində çalışır. Hazırda Bərdə rayonunda ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair birgə pilot layihə həyata keçirilir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654