Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən uşaqlar arasında vərəm xəstəliyinə nəzarətin gücləndirilməsi və sahə üzrə xidmət keyfiyyətinin artırılması istiqamətində bir sıra tədbirlərin icrasına başlanılıb.
Azmedinfo.az xəbər verir ki, TƏBİB-in mətbuat xidmətindən verilən məlumata görə, son dövrlərdə ölkə üzrə uşaqlar arasında vərəmə yoluxma hallarının stabil qalmasına baxmayaraq, bu məsələ qlobal səhiyyə problemi hesab edildiyindən TƏBİB xəstəliyə nəzarətin daim diqqət mərkəzində saxlanılması məqsədilə müasir tələblərə uyğun yeni tibbi müəssisəsinin yaradılması və ya yenidən təşkilinə xüsusi önəm verir.
Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdində yeni Uşaq Vərəm Xəstəxanası fəaliyyətə başlayıb. Xəstəxana əvvəllər digər təyinatlar üzrə istifadə edilən binalardan birində restrukturizasiya işlərinin aparılması, infrastrukturun tamamilə yenilənməsi və sahəyə uyğunlaşdırılması yolu ilə yenidən təşkil olunub.
Uşaq əhalisinə müasir standartlara cavab verən səhiyyə və təhsil xidmətlərinin göstərilməsi məqsədilə yenidən formalaşdırılan Uşaq Vərəm Xəstəxanasında xidmətin təşkili üçün bütün zəruri imkanlar var. Tibb müəssisəsində vərəmə yoluxmuş və ya bu xəstəliyə şübhəli bilinən uşaqların müayinəsi, diaqnostikası, fərdi müalicə planları əsasında stasionar şəraitdə müalicəsi və təhsilini davam etdirməklə cəmiyyətə reinteqrasiyası təmin olunur.
Ümumi sahəsi 2 min 800 kvadratmetr olan xəstəxana kompleksi 3 mərtəbəli inzibati binanı və 45 çarpayılıq stasionar bölməni əhatə edir. Burada müasir tibbi avadanlıqlarla təchiz edilmiş reanimasiya və intensiv terapiya şöbəsi, ambulator xidmət otaqları, laborator və instrumental diaqnostika bölmələri və müxtəlif köməkçi sahələr fəaliyyət göstərir.
Uşaqların təhsildən geri qalmamaları üçün sanitariya və təhsil normalarına uyğun tədris imkanları olan xüsusi sinif otaqları yaradılıb. Təhsil xəstəxananın təhkim olunduğu tam orta məktəbin müəllimləri tərəfindən tədris olunur və bu, müalicə prosesində olan uşaqların təhsilinin davamlılığını təmin edir.
İnzibati binada işin səmərəli təşkili üçün yüksək sürətli internet və müasir kompüter avadanlıqları ilə təchiz olunmuş elektron idarəetmə sistemi qurulub. Bu sistem vətəndaşların tibbi xidmətlərə daha operativ və rahat çıxışını mümkün edir.
Xəstəxanada, həmçinin bufet-yeməkxana, təsərrüfat və texniki dəstək bölmələri, qazanxana, camaşırxana, anbar sahələri və digər yardımçı infrastrukturlar fəaliyyət göstərir.
Yaradılmış yeni infrastruktur uşaqlarda vərəm xəstəliyinin erkən aşkarlanması və effektiv müalicəsinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır və ölkədə uşaq vərəmi ilə mübarizədə mühüm mərhələ hesab olunur.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654