Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
24 İyul 2026, Cümə, 09:38
Əlaqə vasitələri
Bizimlə əlaqə
"Hüquqlarınla parla!” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri
20 Avqust 2025
662

Azərbaycan Respublikası Milli Məclisi, Səhiyyə Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Regional İnkişaf" İctimai Birliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, həmçinin Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tədbirin təşkilatçıları olub.


Azmedinfo.az xəbər verir ki, layihə “Nar”ın maliyyə dəstəyi ilə həyata keçirilib.

 

Bakı şəhərində təşkil olunan görüşdə şagirdlərə layihə barədə ətraflı məlumat verilib, təhlükəsiz internet mühiti, uşaq hüquqları və digər aktual mövzular müzakirə olunub.

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Şəhla Kazımova çıxış edərək zərərli vərdişlərin sağlamlığa mənfi təsirlərindən danışıb və gəncləri sağlam həyat tərzi seçməyə çağırıb.

Ən çox oxunanlar