Səhiyyə Nazirliyi vətəndaşlardan daxil olan şikayətlər əsasında estetik xidmət göstərən bəzi mərkəzlərin fəaliyyətini araşdırıb. Nazirliyin məlumatına görə, araşdırmalar zamanı vətəndaşların sağlamlığına təhlükə yarada biləcək faktlar aşkarlanıb və müvafiq qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar həyata keçirilib.
Azmedinfo.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə adı hallanan Abdullayeva Gülbədə Əlqismət qızının Səhiyyə Nazirliyinin Tibb işçilərinin vahid reyestrində adı yoxdur və onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil.
Şikayətlərdə əməliyyatların "Dost Estetik Mərkəzi"ndə keçirildiyi, digər məlumatlarda isə həmin şəxsin “UĞUR Estetik Mərkəzi 777”də çalışdığı göstərilib. Araşdırmalar nəticəsində məlum olub ki, hər iki müəssisə rəsmi tibb müəssisəsi deyil və tibbi fəaliyyət göstərmək üçün lisenziyaları yoxdur.
“Dost Estetik Mərkəzi”nin adı nə Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisələrinin bazasında, nə də Dövlət Vergi Xidmətinin uçot bazasında mövcuddur.
Bununla yanaşı, sahibkar Xəyalə Aydın qızı İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777”də lisenziyasız tibbi fəaliyyət həyata keçirildiyi aşkar olunub. Yoxlama zamanı kosmetoloji xidmətlərin göstərildiyi, tibbi avadanlıqlarla təchiz olunmuş otaqlarda pasiyent qəbulu və prosedurların icrası faktı müəyyən edilib.
Nazirlik bildirir ki, 2023–2025-ci illərdə bu müəssisədə dəfələrlə plandankənar yoxlamalar aparılıb və ümumilikdə 5 inzibati protokol tərtib olunaraq “İnzibati Xətalar Məcəlləsi”nin 210.1-ci maddəsinə əsasən cərimələr tətbiq edilib.
Lisenziyasız fəaliyyətin davam etməsi səbəbindən, Səhiyyə Nazirliyi hüquq-mühafizə orqanlarına müraciət edərək “UĞUR Estetik Mərkəzi 777”nin qanunsuz fəaliyyəti ilə bağlı əlavə araşdırma aparılmasını xahiş edib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654