Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
23 Aprel 2026, Cümə axşamı, 21:50
Əlaqə vasitələri
Bizimlə əlaqə
Yeni Klinikanın Qan Bankı qısa müddətdə minlərlə insanı donor ailəsinə cəlb etdi
27 Avqust 2025
342

Qısa müddət ərzində artıq 3000 nəfər həyat xilas etmək üçün Yeni Klinikanın Qan Bankına qan bağışlayıb.

 

Azmedinfo.az xəbər verir ki, bu, həm cəmiyyətin sosial məsuliyyətinin, həm də klinikanın düzgün istiqamətləndirilmiş humanitar fəaliyyətinin bariz nümunəsidir.

Donor olmaq isə olduqca sadədir: Qan Bankına yaxınlaşıb qeydiyyatdan keçmək, həkim müayinəsindən sonra isə qan vermək kifayətdir. Burada hər bir donorun sağlamlığına xüsusi diqqət yetirilir və proses yüksək təhlükəsizlik standartları çərçivəsində həyata keçirilir.

Yeni Klinikanın Qan Bankının fəaliyyəti donor qanının toplanmasından başlayaraq pasiyentə çatdırılmasına qədər bütün mərhələləri əhatə edir. Bütün bu proseslər yüksək peşəkarlıqla, beynəlxalq standartlara uyğun, müasir texnoloji dəstək və tibbi təhlükəsizlik prinsipləri əsasında aparılır. Bu, klinikanın yalnız tibbi xidmət sahəsində deyil, həm də ictimai səhiyyənin inkişafına verdiyi önəmli töhfənin göstəricisidir.

Yeni Klinikanın bu təşəbbüsü, minlərlə insanın həyatına ümid işığı yandırmaqla yanaşı, ölkəmizdə donor mədəniyyətinin formalaşmasına da mühüm dəstək verir.

Ən çox oxunanlar