Avqustun 27-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm və Təhsil Nazirliyinin Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Türkiyənin İKSAD təşkilatçılığı ilə hibrid formatda “8-ci Beynəlxalq Tibb və Sağlamlıq Elmləri Konqresi” işinə başlayıb.
Azmedinfo.az xəbər verir ki, tədbir Vətən müharibəsində qələbənin 5-ci ildönümünə həsr olunub, əsas mövzu isə təbii faktorların tibbi praktikada istifadəsidir.
Konqresdə Türkiyə, Pakistan, Qazaxıstan, Çin, Hindistan, İran və digər ölkələrdən 200-dən çox nümayəndə iştirak edir. Açılışda AMEA prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, belə tədbirlər iqlimə, yaşıl dünyaya və sağlamlığa göstərilən diqqətin elmi təzahürüdür. O, Naftalan nefti, müalicəvi bitkilər, mineral sular və Duzdağ kimi təbii resursların tibbdə istifadəsinin prioritet olduğunu vurğulayıb.
Konqresdə həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, İKSAD, İnönü Universiteti, Pekin Universiteti və digər qurumların nümayəndələri çıxış ediblər. Fiziologiya İnstitutunun direktoru professor Ulduz Həşimova qeyd edib ki, Azərbaycanın zəngin müalicəvi bitki resursları daha dərindən öyrənilməli, onların hüceyrə səviyyəsində təsirləri araşdırılmalıdır.
Elmi-praktik konqres 20 bölmə iclasında davam edir. Xərçəngin erkən diaqnostikası, neyrodegenerativ xəstəliklər, ictimai səhiyyə modelləri, süni intellektin tibbdə tətbiqi kimi mövzular geniş müzakirə olunub. Tədbirə avqustun 29-da yekun vurulacaq.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654