17 xarici tələbə “Tibbi Təcrübə Proqramı”nı uğurla tamamlayıb
02 Sentyabr 2025
1056
Yeni Klinikanın nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyası və “Həkimlər və TƏBİB Tələbələr” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Xarici Tələbələrin Tibbi Təcrübə Proqramı”nın növbəti mərhələsi uğurla yekunlaşıb.
Azmedinfo.az xəbər verir ki, bir ay davam edən proqramda Türkiyə, Rumıniya, İspaniya, Əlcəzair, Çexiya, Rusiya, Şimali Kipr, Bolqarıstan, Misir, Estoniya və Macarıstandan olan 17 tibb tələbəsi iştirak edib. Tələbələr Yeni Klinikanın Ümumi cərrahiyyə, Uşaq cərrahiyyəsi, Travmatologiya, Neyrocərrahiyyə, Kardiologiya, Qastroenterologiya və Mama-ginekologiya şöbələrində nəzəri, praktiki biliklərini artırmaq imkanı əldə ediblər.
Təcrübə müddətində, həmçinin tələbələrə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim Fəxriyyə Quliyeva tərəfindən “Basic Life Support – Təməl Yaşam Dəstəyi”, Ümumi cərrahiyyə və orqan transplantasiyası şöbəsinin uzman ümumi cərrahı, dosent Mirxalıq Cavadov tərəfindən “Akademik fəaliyyətə başlamaq” mövzularında təlimlər keçirilib.
Proqram çərçivəsində həyata keçirilən tədris xarakterli əməliyyatlarda iştirak edən tələbələrə Ümumi cərrahiyyə şöbəsinin müdiri Elşən Qədimov qasıq yırtığının laporoskopik bərpası (TAPP) cərrahi əməliyyatını icra edərək izah edib, əməliyyatın üstünlükləri, pasiyent üçün daha təhlükəsiz və minimal invaziv yanaşma olması barədə məlumat verib.
Bir ay davam edən təcrübə proqramının sonunda 17 xarici tələbə sertifikatla təltif olunub.
Proqramın uğurlu icrasında göstərdikləri peşəkarlıq və dəstəyə görə bir sıra həkimlər - təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim Fəxriyyə Quliyeva həkim-ümumi cərrah Mirxalıq Cavadov, həkim-travmatoloq Türkel Hüseynoğlu, Uşaq cərrahiyyəsi şöbəsinin müdiri Orxan Fərzəliyev, Kardiologiya şöbəsinin müdiri Şahanə Ələsgərli, həkim-neyrocərrah Azad Məlikov, Qastroenterologiya şöbəsinin müdiri Elvin Əliyev və həkim-mama-ginekoloq Ahdab Ali Azim təşəkkürnamə ilə təltif olunublar.
Xatırladaq ki, cari ilin iyul ayında “Xarici Tələbələrin Tibbi Təcrübə Proqramı” çərçivəsində Yeni Klinikada Türkiyə, Fransa, Çexiya, Avstriya və Slovakiyadan olan gənc tibb tələbələri də təcrübə keçmək imkanı əldə ediblər.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 20261172
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 2026742
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 2026734
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 2026636
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026630
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026628
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026616
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026614
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 2026580
-
Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdirƏn çox oxunanlar13 Oktyabr 2026564
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 2026556
-
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?Ən çox oxunanlar13 Oktyabr 2026552
-
Quranda hicab əmri varmı?Ən çox oxunanlar12 Oktyabr 2026544
-
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcəkƏn çox oxunanlar13 Oktyabr 2026494
-
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində uğurlu nəticələr əldə edilirƏn çox oxunanlar13 Oktyabr 2026488
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026446
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 2026444
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026424
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026344
-
Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradırƏn çox oxunanlar12 Oktyabr 2026314