Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
23 Aprel 2026, Cümə axşamı, 21:46
Əlaqə vasitələri
Bizimlə əlaqə
I Beynəlxalq Parazitologiya Konfransı keçiriləcək
03 Sentyabr 2025
914
I Beynəlxalq Parazitologiya Konfransı keçiriləcək

3–4 oktyabr 2025-ci il tarixlərində Bakıda I Beynəlxalq Parazitologiya Konfransı təşkil olunacaq. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi, Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun təşkilatçılığı ilə baş tutacaq.

 

Azmedinfo.az xəbər verir ki, konfrans çərçivəsində ölkənin tanınmış mütəxəssisləri parazitologiya sahəsində aktual problemlər, diaqnostika üsulları və müasir yanaşmalar barədə məruzələrlə çıxış edəcəklər. Bundan əlavə, iştirakçıların praktiki bacarıqlarının artırılmasına xidmət edən xüsusi “workshop” proqramı da nəzərdə tutulub.

 

Tədbir Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya ediləcək və iştirak edən həkimlərə rəsmi sertifikat təqdim olunacaq. Proqrama əsasən, 3 oktyabrda workshop Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda, 4 oktyabrda isə konfrans Radisson Oteldə keçiriləcək.

 

Konfransın rəsmi təşkilatçısı "Konora Events" şirkətidir. Əlaqə və qeydiyyat üçün (099) 877 26 29 nömrəsinə müraciət edə bilərsiniz.

Ən çox oxunanlar