Azad olunmuş ərazilərdə səhiyyə xidmətlərinin təşkili üzrə İşçi Qrup işə başladı
09 Sentyabr 2025
580
Səhiyyə Nazirliyində “İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” ilə bağlı İşçi qrupunun ilk iclası keçirilib.
Azmedinfo.az xəbər verir ki, işçi qrup, Prezident İlham Əliyevin “Böyük Qayıdışa dair II Dövlət Proqramı” və “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tələblərini yerinə yetirmək məqsədilə səhiyyə naziri Teymur Musayevin əmri ilə yaradılıb.
İclasda Səhiyyə Nazirliyinin Aparatı, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, həmçinin Prezidentin işğaldan azad edilmiş rayon və şəhərlərdəki xüsusi nümayəndəliklərinin nümayəndələri iştirak edib.
İşçi qrupunun əsas məqsədləri aşağıdakılardır:
-“Böyük Qayıdışa dair II Dövlət Proqramı” çərçivəsində mövcud mülki və hərbi tibbi infrastruktur, həmçinin inşası davam edən və planlaşdırılan tibbi obyektlər barədə məlumatın toplanması;
-Köç qrafikinə uyğun olaraq, azad edilmiş ərazilərdə məskunlaşacaq əhalinin yaş və cins bölgüsünə görə tələb olunacaq tibbi xidmətlərin növü və həcminin müəyyən edilməsi;
-Mülki və hərbi tibbi infrastrukturun səmərəli istifadəsi məqsədilə çarpayı fondunun optimallaşdırılması;
-Tibb müəssisələrinin kadrlarla təmini və tibbi heyətin fəaliyyətinin stimullaşdırılması;
-Əhalinin dərman vasitələri ilə təminatında logistik zəncirin qurulması;
-Əhali və tibb işçiləri arasında psixo-sosial dəstək işinin aparılması və tibbi savadlılığın artırılması;
-Sanitar aviasiyasından və teletibb imkanlarından istifadə perspektivlərinin qiymətləndirilməsi.
Toplantıda işğaldan azad edilmiş ərazilərdə yaşayan əhali üçün tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin təmin edilməsi, səhiyyə infrastrukturunun qurulması, müasir avadanlıqlarla təchizatı və kadr hazırlığı ilə bağlı ümumi yanaşmalar müzakirə edilərək vahid strategiyanın hazırlanması istiqamətində müzakirələr aparılıb.
Səhiyyə naziri Teymur Musayev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində səhiyyə sahəsinə xüsusi önəm verildiyini vurğulayaraq qeyd etdi: “İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili istiqamətində görüləcək tədbirlər Böyük Qayıdış proqramının uğurlu icrasına və regionda dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək”.
Nazir, həmçinin bildirib ki, nazirlik bu mühüm layihənin həyata keçirilməsini dəstəkləmək üçün bütün səylərini səfərbər edəcək və müvafiq qurumlarla sıx əməkdaşlıq edəcəkdir.
İşçi qrupunun, qarşıda duran məsuliyyətli vəzifələri yerinə yetirmək üçün təkmilləşdirilmiş plan və təkliflər hazırlayaraq, ölkənin ərazi bütövlüyü uğrunda qələbədən sonra bərpa və yenidənqurma işlərinin ən mühüm istiqamətlərindən biri olan səhiyyə infrastrukturunun qurulmasına əhəmiyyətli töhfə verəcəyi vurğulandı.
İclasın sonunda qoyulmuş vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654