İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 8-10 sentyabr tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərinə səfər edib.
Azmedinfo.az xəbər verir ki, Zaur Əliyev Moldova Respublikasının Milli Səhiyyə Sığorta Şirkətinin baş direktoru İon Dodon ilə görüşüb. Görüşdə İon Dodon 20 ildən artıq müddətdə ölkəsində tətbiq olunan icbari tibbi sığorta sisteminin fəaliyyəti, sistemin inkişafı, əldə olunan nailiyyətlər və hədəflər barədə məlumat verərək, bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Zaur Əliyev öz növbəsində icbari tibbi sığorta sisteminin Moldovada 21 il ərzində uğurlu tətbiqinin təqdirəlayiq olduğunu bildirib. O tibbi sığorta sahəsində təcrübə mübadiləsinin hər iki ölkə üçün faydalı olacağını qeyd edib: “Azərbaycan və Moldova arasında səhiyyə, xüsusilə icbari tibbi sığorta sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bu əməkdaşlıq təcrübə mübadiləsi ilə yanaşı, həm də gələcəkdə birgə layihələrin icrasına zəmin yaradır. Moldova xalqını və həmkarlarımızı icbari tibbi sığortanın tətbiqinin 21-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq”.
Görüşdə tibbi xidmətləri müqavilə əsasında təmin edən tibb müəssisələrinin seçilməsi meyarları və ödəniş üsulları, eləcə də icbari tibbi sığorta büdcəsinin orta və uzunmüddətli planlaşdırılması barədə fikir mübadiləsi aparılıb. Bundan başqa, əczaçılıq siyasəti, dərman vasitələrinin və tibbi məhsulların kompensasiya siyahısına daxil edilmə proseduru, səhiyyədə texnologiyaların qiymətləndirilməsi sisteminin tətbiqi, sığortaolunan şəxslərin kateqoriyaları, ailə həkiminə qeydiyyat, vətəndaş müraciətlərinin monitorinqi və tibbi xidmətlərin keyfiyyəti ilə bağlı məmnunluğun ölçülməsi üzrə təcrübələr təqdim olunub.
Görüşdə, həmçinin Milli Səhiyyə Sığorta Şirkəti tərəfindən idarə olunan İT sistemlərinin funksionallığı, elektron reseptlərin tətbiqi və kompensasiya olunan dərman vasitələrinin elektron qaydada təyin edilməsi, DRG (diaqnoza əsasən qruplaşdırma) sistemi və kodlaşdırma auditinin faydaları barədə məlumatlar verilib. Bu təqdimatlar Azərbaycan nümayəndə heyətinə Moldovanın səhiyyə sistemində tətbiq olunan müasir yanaşmalar ilə yaxından tanış olmaq imkanı yaradıb.
Səfər proqramı çərçivəsində Agentliyin nümayəndə heyəti Moldova Respublikasının səhiyyə naziri Alla Nemerenko ilə görüş keçirib. Daha sonra nümayəndələr “Timofei Moşneaga” Respublika Klinik Xəstəxanasının fəaliyyəti ilə tanış olublar. Bu xəstəxana Moldovanın ən qədim və böyük dövlət xəstəxanasıdır, tədris müəssisələrinin təcrübə bazası kimi fəaliyyət göstərir. 2024-cü ildə xəstəxanada Reanimasiya və intensiv terapiya bölməsi yenidən qurularaq istifadəyə verilib və ağır xəstələr üçün xüsusi şərait yaradılıb.
Nümayəndə heyəti, həmçinin “Medpark” Beynəlxalq Klinikasında olub. Klinika Moldovada JCI (Joint Commission International) akkreditasiyası almış ilk və yeganə özəl tibb müəssisəsidir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654