Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Özəl Tibb Müəssisələri Assosiasiyasının (ÖTMA) təşəbbüsü ilə sentyabrın 10-da “Qanunsuz tibbi fəaliyyətə qarşı mübarizə: hüquqi əsaslar və ictimai məsuliyyət” mövzusunda ictimai müzakirə təşkil olunub.
Azmedinfo.az xəbər verir ki, tədbirdə Səhiyyə Nazirliyi və Milli Məclisin Səhiyyə Komitəsinin nümayəndələri, Baş Prokurorluq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), TƏBİB, həmçinin qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Müzakirələrin əsas məqsədi qanunsuz tibbi xidmətlərin qarşısını almaq, hüquqi bazanı təkmilləşdirmək, dövlət-özəl əməkdaşlığını gücləndirmək və ictimai etimadı artırmaq olub.
ÖTMA İdarə Heyətinin sədri Günel Əliyeva çıxışında qeyd edib ki, pasiyentlərin sağlamlığını təhlükəyə atan qanunsuz fəaliyyətlə mübarizə yalnız dövlət qurumlarının deyil, bütün tibb ictimaiyyətinin birgə məsuliyyətidir. O, həkimlərin, özəl klinikaların və pasiyentlərin hüquq və vəzifələrini bilməsinin vacibliyini vurğulayıb.
Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev isə mövzunun aktuallığını önə çəkərək bildirib ki, qanunsuz tibbi fəaliyyətlə mübarizə dörd istiqamətdə aparılır: qanunvericilik, nəzarət, dövlət qurumları arasında koordinasiya və ictimai iştirakçılıq. O, nəzarət mexanizmlərinin gücləndirilməsinin, rəqəmsal texnologiyaların tətbiqinin və maarifləndirmə tədbirlərinin bu sahədə mühüm rol oynadığını diqqətə çatdırıb.
Daha sonra Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva, Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev və digər çıxışçılar qanunsuz fəaliyyətin qarşısını almağın yolları, pasiyentlərin məlumatlandırılması və maarifləndirmə kampaniyalarının əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Müzakirələr sual-cavab formatında davam etdirilib.
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026286
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026224
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026178
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026176
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026172
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026168
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026154
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026154
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026148
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026146
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026142
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026142