İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) rəsmi internet səhifəsində "Tibb müəssisələrinin axtarışı" bölməsi yenilənib. İcbari tibbi sığorta hesabına göndəriş əsasında Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində göstərilən tibbi xidmətlər sistemə inteqrasiya edilib.
Azmedinfo.az xəbər verir ki, bu dəyişikliklə vətəndaşlar lazımi tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göndəriş əsasında hansı özəl tibb müəssisəsində göstərildiyini sayt üzərindən asanlıqla müəyyən edə bilərlər.
Bu məqsədlə "Tibb müəssisələrinin axtarışı" bölməsi vətəndaşlara sərbəst şəkildə seçim etməkdə kömək edir.
Sistemdən istifadə etmək üçün aşağıdakı mərhələlərdən keçmək lazımdır:
its.gov.az saytına daxil olun;
Ana səhifədə yerləşən "Tibb müəssisələrinin axtarışı" bölməsini seçin;
Filter vasitəsilə lazım olan tibbi xidməti “Xidmətlər” hissəsindən seçin;
Axtarış nəticəsində həmin xidmətin göstərildiyi dövlət və ya özəl tibb müəssisələrinin siyahısı ilə tanış olun.
Bu yanaşma vətəndaşların vaxtına qənaət etmək və tibbi xidmətlə bağlı müraciətləri daha məqsədyönlü planlamaq imkanı yaradır.
Hazırda Agentlik 190-dan çox özəl tibb müəssisəsi ilə əməkdaşlıq edir. Bura paytaxt Bakı ilə yanaşı, ölkənin digər bölgələrində fəaliyyət göstərən özəl xəstəxanalar da daxildir.
Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 3315 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutu və mərkəzlərində istifadə edə bilərlər. Dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə göndəriş verilir. Göndəriş əsasında özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur. Göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər ödənişsiz göstərilir.
Xatırladaq ki, "Tibb müəssisələrinin axtarışı" bölməsində TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri, Səhiyyə Nazirliyinin elmi-tədqiqat institut və mərkəzlərində göstərilən tibbi xidmətlərin siyahısı da yer alır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654