Bakıda uroloji elmin zirvələri toplaşdı
17 Sentyabr 2025
594
TƏBİB və Azərbaycan Uroloqlar Assosiasiyasının təşkilatçılığı ilə Yeni Klinikada 3-cü Beynəlxalq Uşaq Urologiyası Konfransı keçirilib.
Azmedinfo.az-a verilən məlumata görə, konfransda TƏBİB-in İçraçı direktorunun müavini Araz Nəsirov, Azərbaycan Uroloqlar Assosiasiyasının prezidenti, professor Samir Cavadzadə, Azərbaycan Tibb Universitetinin Uşaq Cərrahiyyəsi kafedrasının müdiri, professor Ramiz Poluxov, Azərbaycan Andrologiya Cəmiyyətinin prezidenti, professor İlham Əhmədov, uşaq uroloqu, professor Eldar Hüseynov, uroloq, professor Kamal Abdullayev və Avropa Uşaq Urologiyası Cəmiyyətinin (ESPU) Təhsil Komitəsinin üzvü, uroloq Pərviz Hacıyev iştirak ediblər.
Yerli və xarici mütəxəssislərin iştirak etdiyi tədbirdə A.Nəsirov çıxış edərək, beynəlxalq elmi tədbirlərin ölkə səhiyyəsində, o cümlədən uşaq uroloji xidmətlərinin inkişafında mühüm rol oynadığını vurğulayıb. Elmi əməkdaşlığın əhəmiyyətini qeyd edən A.Nəsirov bildirib ki, beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi, yeni elmi nailiyyətlərin və müasir müalicə üsullarının yerli həkimlərə təqdim olunması ölkəmizdə uşaq uroloji xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, habelə gələcəkdə daha peşəkar kadrların yetişməsinə mühüm töhfə verəcək.
Tədbirdə beynəlxalq səviyyədə tanınmış mütəxəssislər - Avropa Uşaq Urologiyası Cəmiyyətinin prezidenti, professor Serdar Tekgül, Türkiyə Uşaq Urologiyası Dərnəyinin prezidenti, professor Berk Burgu, ABŞ-nin Cincinnati Uşaq Xəstəxanasından Prof. Eugene Minevich, Minsk 2 saylı Uşaq Klinik Xəstəxanasının Uşaq urologiyası şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Vitaly Dubrov və Almazov Milli Tibb Araşdırma Mərkəzinin Doğuşdan və İrsi Cərrahiyyə Patologiyaları üzrə Araşdırma İnstitutunun rəhbəri, dosent İlya Kagantsov də iştirak edərək məruzələrlə çıxış ediblər.
Üç sessiyadan ibarət elmi proqram çərçivəsində bir sıra mütəxəssislər uşaq urologiyası və cərrahiyyəsində olan müasir yanaşmalar, innovativ üsullar və s. barədə geniş məlumat veriblər.
Tədbir zamanı “Uşaq urologiyasında minimal invaziv cərrahiyyə”, “Uşaqlarda böyrək daşı xəstəliyinə yanaşma”, “Neyrogen sidik kisəsi: idarəetmə strategiyaları”, “Gecə enurezi: müasir yanaşmalar”, “Uşaqlarda genital anomaliyalar və diferensial diaqnostika”, “Hipospadiya əməliyyatlarında mərhələli müdaxilə”, “Enməmiş xayaların cərrahi korreksiyasında əsas məqamlar”, “Oğlan uşaqlarında inkişaf dövründə hormon müalicəsi”, “Yeniyetmələrdə varikosele müalicəsinə yanaşma” və s. mövzular üzrə çıxışlar təqdim edilib.
Müasir uroloji yanaşmaların, uşaq cərrahiyyəsində tətbiq edilən innovativ metodların və beynəlxalq əməkdaşlığın müzakirə olunduğu tədbir sual-cavab sessiyası ilə başa çatıb.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654