Hər il tibbi yardım göstərilməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması nəticəsində dünyada milyonlarla pasiyent zərər görür. Təəssüf ki, bu problem xüsusilə aşağı və orta gəlirli ölkələrdə daha kəskin hal alır və hər il 2,6 milyon insanın həyatına son qoyur. Bu rəqəmlər tibbi xidmətdə təhlükəsizliyin nə qədər həyati əhəmiyyət daşıdığını bir daha göstərir.
Azmedinfo.az xəbər verir, tibbi xidmətin məqsədi insanlara şəfa vermək, onların sağlamlığını bərpa etməkdir. Lakin bəzən texniki səhvlər, diaqnoz yanlışlıqları, dərman dozalarının səhv təyin edilməsi və ya sanitar-gigiyenik normaların pozulması nəticəsində pasiyentlər gözlənilməz zərərlərlə qarşılaşırlar. Belə hadisələr təkcə fiziki deyil, həm də psixoloji zərbələrə səbəb olur, pasiyentlərin səhiyyə sisteminə olan etimadını sarsıdır.
Bu qlobal problemin ciddiliyinə diqqət çəkmək və pasiyentlərin sağlamlığının qorunmasını bəşəri prioritetə çevirmək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2019-cu ilin may ayında, Dünya Səhiyyə Assambleyasının 72-ci sessiyasında "Dünya Pasiyentlərin Təhlükəsizliyi Günü" təsis edib. Bu gün, tibb işçilərindən tutmuş, siyasətçilərə qədər hər kəsi pasiyent təhlükəsizliyi mədəniyyətini yaratmağa və inkişaf etdirməyə çağırır. Bu, sadəcə tibbi protokollara əməl etmək deyil, həm də hər bir tibb işçisinin vicdanla və məsuliyyətlə çalışmasını təmin edən bir sistem qurmaq deməkdir.
Bu günün əsas hədəfləri arasında tibbi xidmətlərin təhlükəsizliyini artırmaq, tibb müəssisələrində pasiyent yönümlü mühit yaratmaq və tibb işçilərinin peşəkarlığını yüksəltmək yer alır. Pasiyentlər, onların ailələri və səhiyyə işçiləri arasında maarifləndirmə tədbirləri keçirilərək, tibbi xidmətlər zamanı risklərin necə azaldıla biləcəyi barədə məlumatlar verilir. Beləliklə, bu gün hər kəsi sağlamlığın qorunmasına dair ortaq məsuliyyətə çağıran bir platforma rolunu oynayır.
Bakı Baş Səhiyyə Mərkəzi
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654