Azərbaycanda qadınların təhsil, səhiyyə, məşğulluq və qərar qəbuletmədə iştirakının gücləndirilməsi üçün ardıcıl islahatlar aparılıb.
Azmedinfo.az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Qadınlara dair Dördüncü Dünya Konfransının otuzuncu ildönümünə həsr olunmuş BMT Baş Assambleyasının Yüksək Səviyyəli İclasında çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, gender bərabərliyi və qadınların, qızların səlahiyyətlərinin artırılması istiqamətində qəbul olunmuş Pekin Bəyannaməsi və Fəaliyyət Platforması uzun illərdir beynəlxalq səylərə istiqamət verir. Lakin yeni çağırışlar bu sənədlərin yenilənməsini, lazımi resurslarla təmin olunmasını və icrasının sürətləndirilməsini tələb edir.
Bahar Muradova bildirib ki, Azərbaycanda qadın əməyinin qadağan olunduğu sahələrin sayı minimuma endirilib, ödənişli atalıq məzuniyyəti nəzərdə tutan qanun layihəsi hazırlanıb. Bununla yanaşı, məişət zorakılığı, uşaq evlilikləri və qohum nikahlarını tənzimləyən qanunvericilik təkmilləşdirilib, nikah yaşı ilə bağlı istisnalar ləğv edilib. “Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı” uğurla icra olunub və hazırda yeni plan üzərində iş aparılır. Bundan başqa, gender bərabərliyinə dair milli fəaliyyət planının hazırlanması da davam etdirilir.
Komitə sədri vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə qurulan müasir infrastruktur, “ağıllı” şəhər və kəndlər, rəqəmsal xidmətlər və inkubasiya proqramları bütün vətəndaşlara bərabər imkanlar yaradır.
Bahar Muradova əlavə edib ki, Azərbaycan qlobal təşəbbüslərə də mühüm töhfələr verir. Cari ilin iyulunda ölkədə ilk dəfə İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilib. Həmçinin Azərbaycan, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində Qadınlar Şurasının yaradılması təşəbbüsünü irəli sürüb. Artıq üzv dövlətlər tərəfindən dəstəklənən bu orqan qadınların təhsil, əmək bazarı, iqlim və sülh quruculuğu, habelə qadın hüquqları və gender bərabərliyi sahəsində əməkdaşlığı və dialoqu təşviq edəcək.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654