Yeni Klinikada inklüziv təhsil və sosial inteqrasiyaya dair beynəlxalq təcrübələr paylaşılıb
23 Sentyabr 2025
500
“Inclusıve Organızatıon Company”, “Bayraqdar” və “Sara Xatun Mədəni Maarifçilik” İctimai Birliklərinin, həmçinin “Ümidlə Gəl” xeyriyyə layihəsinin təşəbbüsü ilə Yeni Klinikada “İnklüzivliyin Sirri 4” Forumu baş tutub.
Azmedinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı, "İDDO" Psixi Sağlamlıq Proqramı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, "Azərbaycan Uşaqları" İctimai Birliyi, "Samra Center" Uşaq İnkişaf Mərkəzi, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi və Yeni Klinikanın rəsmi tərəfdaşlığı ilə baş tutan forum "Konstitusiya və Suverenlik ili" çərçivəsində nitq məhdudiyyətli şəxslərə və inklüziv təhsilə həsr olunub.
Nitq məhdudiyyətli şəxslərin təhsil sisteminə inklüziv inteqrasiyasının əsaslarını müzakirə etmək, qabaqcıl beynəlxalq təcrübələri, klinik və pedaqoji yanaşmaları paylaşmaq məqsədilə təşkil edən forumda 3 panel üzrə - İnklüzivliyin Sirri, İnklüziv təhsil, Nitq Məhdudiyyətli Şəxslər mövzularında müzakirələr aparılıb.
“İnklüzivliyin Sirri” panelinin açılış mərasimində Yeni Klinikanın direktoru Barat Yusubov və millət vəkili Məzahir Əfəndiyev çıxış ediblər.
Barat Yusubov ölkəmizdə inklüziv təhsilin təşviqi üçün dövlət tərəfindən mühüm addımların atıldığını bildirib. O, hazırda ölkə üzrə 67 ümumtəhsil müəssisəsində inklüziv təhsilin tətbiq olunduğunu, onlardan 41-nin Bakı-Abşeron ərazisində fəaliyyət göstərdiyini qeyd edərək, bu prosesin bölgələrdə də genişləndirilməsinin vacibliyini vurğulayıb.
Millət vəkili Məzahir Əfəndiyev çıxışında qeyd edib ki, inklüzivlik istiqamətində dövlətin dəstəyi, cəmiyyətin təşəbbüsü və mütəxəssislərin əzmi birləşəndə böyük nəticələr əldə etmək mümkündür.
Müzakirələr zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, “İDDO Psixi Sağlamlıq” Proqramının rəhbəri Jalə Əhmədova, millət vəkili Vüqar İskəndərov, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə və “Hazel” şirkətinin rəhbəri, biznes konsultant Sakit Səmədov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb və auditoriyanın suallarını cavablandırıblar.
“İnklüziv Təhsil” panelinin açılışında millət vəkili Ceyhun Məmmədov “İnklüziv təhsil və onun perspektivləri” mövzusunda çıxış edib. Panel müzakirələrində “Samra Center” Uşaq İnkişaf Mərkəzinin təsisçi və rəhbəri, erqo-terapevt Bahar Bayramlı, “Sabah” Təhsil Departamentinin rəhbəri Samirə Həsənova, “Inclusive Edu Academy” və "http://xn--inklziv-q2a.az/" saytının rəhbəri Günay İsmayılova, pedaqoq, psixologiya üzrə beynəlxalq təlimçi Ülviyyə Hüseynli iştirak ediblər.
“Nitq Məhdudiyyətli Şəxslər” panelinin açılış nitqində “Ümidlə gəl” xeyriyyə layihəsinin rəhbəri Hacı Quliyev auditoriya ilə öz fikirlərini bölüşüb və ünvanlanan sualları cavablandırıb. Paneldə “Melior Kids” Uşaq İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Fidan Mərdəliyeva, “Esminur Tədris Mərkəzi & Mini Bağça”nın rəhbəri, metodist Esmira Hüseynova, “Qüsursuz Nitq” Psixologiya Mərkəzinin rəhbəri Esmira Qafarova və “Sən 1 Sən” beyin mərkəzinin rəhbəri Fəridə Quluzadə məruzələrlə çıxış ediblər.
İnteraktiv şəkildə keçən forumun sonunda panel spikerlərinə təşəkkürnamələr təqdim olunaraq xatirə fotosu çəkdirilib.

Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654