“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması üzrə yaradılmış “Sağlam həyat tərzi” Alt İşçi qrupunun növbəti iclası keçirilib.
Azmedinfo.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabineti, Səhiyyə, İqtisadiyyat, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yüksək vəzifəli nümayəndələri iştirak ediblər.
İclasda giriş sözü ilə Alt İşçi qrupunun rəhbəri, səhiyyə naziri Teymur Musayev çıxış edərək, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamının icrası məqsədilə “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın aidiyyəti tədbirlərinin effektiv reallaşdırılması üçün “Sağlam həyat tərzi” üzrə yaradılan Alt İşçi qrupunun öz fəaliyyətini intensiv şəkildə davam etdirdiyini diqqətə çatdırıb.
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın uğurla icra olunduğunu və ölkəmizin sosial-iqtisadi inkişafına mühüm zəmin yaratdığını qeyd edən nazir, bu inkişafın davamlılığının təmin edilməsi məqsədilə Azərbaycanda sağlam həyat tərzinin təşviqi istiqamətində həyata keçiriləcək tədbirlərin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
İclasda Səhiyyə Nazirliyinin Hüquq şöbəsinin müdir müavini Humay Qurbanova “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın indiyədək icrası üzrə cari dövrdə əldə olunan nəticələr və təcrübələr barədə təqdimatla çıxış edib.
Sonda Alt İşçi qrupunun üzvlərinin təkliflərinə dair müzakirələr aparılıb, uğurlu beynəlxalq təcrübələlərin tətbiqinin məqsədəuyğunluğu vurğulanıb, habelə gələcək fəaliyyət istiqamətləri üzrə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib. İclasın sonunda qarşıda duran məsələlərin icrasına dair müvafiq qərarlar alınıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654