Bakıda Prezident İlham Əliyevin himayəsi altında 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (1st Azerbaijan International Investment Forum – “AIIF 2025”) çərçivəsində baş tutan "Sea Breeze Sağlamlıq Vadisi: Azərbaycanın tibbi mükəmməlliyə qlobal qapısı" adlı panel sessiyada Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli çıxış edib.
Azmedinfo.az xəbər verir ki, rektor "Sea Breeze Sağlamlıq Vadisi" layihəsinin elm və təhsilin resurslarını birləşdirməklə elmin inkişafına böyük töhfə verəcəyini deyib. Bu layihə regionun ən böyük tibbi kompleksi kimi formalaşaraq, yalnız sağlamlıq xidmətləri deyil, eyni zamanda təhsil və tədqiqat sahəsində də mühüm mərkəz rolunu oynayacaq.
"Azərbaycan Tibb Universiteti və "Sea Breeze Health Valley" arasında strateji tərəfdaşlıq çərçivəsində tələbələrin yüksək səviyyəli klinik və elmi hazırlığı üçün müəyyən istiqamətlər üzrə fəaliyyət aparıla bilər. Xüsusi ixtisaslaşmış tədqiqat mərkəzləri yarada və ya onlarla sıx əməkdaşlıq edilə bilər", deyə rektor Gəray Gəraybəyli bildirib.
O əlavə edib ki, bu cür əməkdaşlıq kritik əhəmiyyətə malik sahələrdə peşəkar ekspertlərin hazırlanmasına və yeni biliklərin yaradılmasına şərait yaradacaq: "Geniş əməkdaşlıq sayəsində dünyanın aparıcı universitetləri ilə müxtəlif təhsil səviyyələrində konfransların, forumların keçirilməsi, ikili diplomların reallaşdırılması mümkün olacaq. Qarşılıqlı əməkdaşlıq tələbələrə qabaqcıl tədqiqatlarda iştirak etmək imkanı yaradacaq, həmçinin tibdə innovasiyaların inkişafına kömək edəcək".
Tədbir iştiralçıları çıxışlarında dövlət strukturlarının, investorların və layihə rəhbərliyinin birgə əməkdaşlığı sayəsində beynəlxalq standartlara cavab verən tibbi klasterin yaradılması imkanlarına dair fikir səsləndiriblər. Bildirilib ki, "Sea Breeze Sağlamlıq Vadisi" layihəsi Azərbaycanın səhiyyə sisteminin modernləşdirilməsi, rəqəmsal tibbi xidmətlərin tətbiqi, əczaçılıq və biotexnologiya sahələrinin inkişafı baxımından mühüm addımdır.
Müzakirələrdə layihənin Azərbaycanın səhiyyə sisteminin gücləndirilməsi, sosial xidmətlərin və infrastrukturun inkişafı istiqamətində rolu diqqət mərkəzində olub. Çıxışlarda Azərbaycanın regional tibbi xidmətlər, əczaçılıq və biotexnologiya istehsalı, rəqəmsal səhiyyə həlləri üzrə mərkəzə çevrilməsi imkanları vurğulanıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654