İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində (AIIF 2025) "Sea Breeze Sağlamlıq Vadisi: Azərbaycanın tibbi mükəmməlliyə qlobal qapısı" adlı panel sessiyasında çıxış edib.
Azmedinfo.az xəbər verir ki, İcbari tibbi sığorta ilə özəl tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi haqqında danışan Z.Əliyev, "İcbari tibbi sığorta dövlət xəstəxanalarında mövcud olmayan xidmətlərə çıxış imkanı yaradır. Rəsmi göndəriş əsasında vətəndaşlar müqaviləli özəl müəssisələrdə müalicə ala bilirlər. Bu, vətəndaşlara maliyyə yükü olmadan keyfiyyətli xidmətlərdən yararlanmaq imkanı verir", - deyib.
"İcbari tibbi sığorta Sea Breeze tibbi klasterində göstərilən xidmətlərə pasiyentlərin çıxışını necə dəstəkləyə bilər?" sualına cavabında İdarə Heyətinin sədri qeyd edib ki, sığorta müqavilələri qiymətlərin tənzimlənməsi, akkreditasiya və hesabatlılıq üzrə tələblər qoya bilər. "Bu isə özəl müəssisələrdə istifadə olunan xidmətlərin beynəlxalq standartlara uyğunluğunu və maliyyə şəffaflığını təmin edir. İcbari tibbi sığorta selektiv, amma güclü bir mexanizmə çevrilir: dövlət tibb müəssisələrinin imkanlarının məhdud olduğu hallarda pasiyentlərin tibbi xidmətlərə çıxışını qoruyur", - deyə Z.Əliyev əlavə edib.
Qeyd edək ki, AIIF 2025 Prezident İlham Əliyevin himayəsi altında təşkil olunub.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654