TƏBİB rəhbəri: Sağlamlıq Vadisi dövlət və özəl sektorun güclərini birləşdirəcək
24 Sentyabr 2025
402
Bakıda Prezident İlham Əliyevin himayəsi altında 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (1st Azerbaijan International Investment Forum – “AIIF 2025”) keçirilir. Forum çərçivəsində baş tutan "Sea Breeze Sağlamlıq Vadisi: Azərbaycanın tibbi mükəmməlliyə qlobal qapısı" adlı panel sessiyada çıxış edib.
Azmedinfo.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, “Sea Breeze Sağlamlıq Vadisi” vahid ekosistemdə profilaktik, ilkin, ixtisaslaşmış və reabilitasiya xidmətlərini birləşdirən inteqrasiya olunmuş pilot zona kimi çıxış edə bilər: ““Sea Breeze Sağlamlıq Vadisi” biznesyönümlü idarəetmə təcrübəsi sayəsində sağlamlıq turizmini kapitallaşdıraraq, eyni zamanda turist cəlb etməklə uğurlu nəticələrlə dünya bazarına açıla bilər”.
Ölkə səhiyyəsində baş verən yeniliklər və gələcək hədəflər barədə məlumat verən V.Qurbanov bildirib ki, bu Vadi gələcəkdə özəl sektorun çevikliyilə dövlətin institusional gücünü birləşdirməklə resursların optimal istifadəsi modellərini inkişaf etdirə bilər: “Sağlamlıq Vadisi müxtəlif xidmətlərin – ixtisaslı tibbi yardım, reabilitasiya xidmətlərinin və tibbi turizmin vahid modeldə təqdim edildiyi bir məkandır. Burada tətbiq olunan yanaşmalar kiçik miqyasda sınanaraq qiymətləndirilə bilər. Əgər nəticələr uğurlu olarsa, həmin modellərin seçilmiş elementləri dövlət müəssisələrinə uyğunlaşdırılaraq mərhələli şəkildə tətbiq edilə bilər”.
“Sea Breeze Sağlamlıq Vadisi”nin dövlət xəstəxanalarının tərəfdaşı kimi çıxış edə biləcəyini də qeyd edən V.Qurbanov onu da vurğulayıb ki, Sea Breeze-də yaşayan sakinlərin birbaşa icbari tibbi sığortadan istifadə etməsi nəzərdə tutula bilər: “Bu, Sabunçu, Xəzər və Suraxanı rayonlarının əhalisi üçün də əlavə imkan yaradaraq, həm xidmətlərə çıxışı asanlaşdıracaq, həm də dövlət xəstəxanalarının üzərindəki yükü azaldacaq. Bundan əlavə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi ilə əməkdaşlıq nəticəsində həm yerli sakinlər, həm də xarici qonaqlar üçün təcili yardım xidməti operativ şəkildə təşkil edilə bilər”.
TƏBİB
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654