İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) nümayəndə heyəti Agentlik ilə Türkiyə Respublikası Sosial Müdafiə Qurumu (SGK) ilə imzalanan Anlaşma Memorandumu və Birgə Fəaliyyət Planına əsasən təcrübə mübadiləsi məqsədilə Ankara şəhərində səfərdə olub.
Azmedinfo.az Agentliyin məlumatına əsasən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti SGK-nın mütəxəssisləri ilə bir sıra görüşlər keçirib.SGK-nın Strateji inkişaf departamentinin rəhbəri Yakup Koç nümayəndə heyətini salamlayaraq onları qurumda görməkdən məmnunluğunu ifadə edib. Yakup Koç, həmçinin iki ölkə arasında icbari tibbi sığorta sahəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyətini vurğulayıb və öz təcrübələrini paylaşmağa hazır olduğunu bildirib.
Agentliyin Tibbi planlama departamentinin Monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov səmimi qəbul və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, ölkəmizdə icbari tibbi sığorta sisteminin tətbiqi ilə tibbi xidmətlərə əlçatanlığınartdığını qeyd edərək, sistemin təkmilləşdirilməsində Türkiyə təcrübəsinin önəmini vurğulayıb.
İki gün davam edən görüşlərdə tərəflər tibbi xidmətlərin maya dəyərinin hesablanması, tibbi xidmətlərin təminata alınması, tibb təchizatçıları ilə müqavilələrin bağlanması, xidmətlərin dəyərinin ödənilməsi, xidmət prosesinin monitorinqi, ictimaiyyətlə əlaqələrin təşkili, insan resurslarının idarə olunması, beynəlxalq əməkdaşlıq sahələrində təqdimatlar edərək qarşılıqlı fikir mübadiləsi aparıblar.
Təqdimatlar zamanı SGK-nın ən mühüm İT layihələrindən biri olan MEDULA sistemi barədə ətraflı məlumat təqdim olunub. Tibb təchizatçıları tərəfindən məlumat bazasına daxil edilən dərman vasitələri və tibbi xidmət nümunələri nümayiş etdirilib. Sistem üzərindən qeydiyyat, fakturalaşdırma və proseslərin izlənilməsi qaydası izah olunub, iştirakçıların sualları cavablandırılıb.
Təcrübə mübadiləsi iki ölkə arasında icbari tibbi sığorta sahəsində mövcud əməkdaşlığın inkişafına töhfə verib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654