25–27 sentyabr tarixlərində Şəki şəhərində ilk dəfə “Şəki Sağlamlıq Günləri” təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi ilə reallaşdırılıb.
Azmedinfo.az xəbər verir ki, üç gün davam edən proqram çərçivəsində mühüm tədbirlər həyata keçirilib.
İlk gün şəhid və qazilərin ailə üzvləri üçün ödənişsiz tibbi müayinələr aparılıb.
Növbəti gün Heydər Əliyev Mərkəzində Səhiyyə Nazirliyi tərəfindən 9 DTT balı ilə qiymətləndirilən “Ürək müdaxilələrinə gətirən yol: göstərişlər və qərar mexanizmləri” mövzusunda elmi konfrans öz işinə başlayıb. Konfransda Şəki Rayon İcra Hakimiyyətinin, Şəki rayon Mərkəzi Xəstəxanasının və digər dövlət qurumlarının rəhbərləri, həmçinin ölkənin aparıcı kardioloqları və beynəlxalq ekspertlər iştirak ediblər. Çıxışçılar ürək-damar xəstəliklərinin diaqnostika və müalicəsində müasir yanaşmaları təqdim ediblər.
Açılış mərasimində çıxış edən ETKİ-nin direktoru, professor Gülnaz Dadaşova vurğulayıb ki, ilk dəfə keçirilən bu sağlamlıq günlərinin əsas məqsədi region əhalisinə daha yaxın olmaq, tibbi xidmətlərin əlçatanlığını artırmaq və son elmi nailiyyətləri birbaşa həkimlər və vətəndaşlarla bölüşməkdir.
Səhiyyə Nazirliyinin Səhiyyə Siyasəti Şöbəsinin müdiri Ramik Quliyev çıxışında bildirib ki, regionlarda bu cür təşəbbüslər dövlətin səhiyyə siyasətinin mühüm istiqamətidir. Məqsəd sağlam həyat tərzini təşviq etmək, profilaktik tədbirləri gücləndirmək və hər bir vətəndaşın keyfiyyətli tibbi yardıma çıxışını təmin etməkdir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri, professor Hikmət İbrahimli isə qeyd edib ki, Sağlamlıq Günləri sadəcə tibbi tədbir deyil, həm də dövlətin vətəndaş qarşısında məsuliyyətinin göstəricisidir.
Sonuncu gün – 27 sentyabrda Anım Günü münasibətilə “Şəhidlər xiyabanı” ziyarət olunub, şəhidlərin xatirəsi ehtiramla yad edilib.
“Şəki Sağlamlıq Günləri” təkcə Şəki şəhərini deyil, həm də Qax, Balakən, Zaqatala, Qəbələ, Oğuz, Mingəçevir və Ağdaş rayonlarını əhatə edərək regionlarda sağlam həyat tərzinin təşviqi və tibbi maarifləndirmənin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026286
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026224
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026178
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026176
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026172
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026168
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026154
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026154
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026148
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026146
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026142
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026142