“Azərbaycan Respublikasının 2027–2030-cu illər üçün sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması çərçivəsində Naxçıvan Muxtar Respublikası üzrə yaradılmış “Sağlam həyat tərzi” Alt İşçi Qrupunun ilk iclası keçirilib.
Azmedinfo.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Alt İşçi Qrupu Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən yaradılıb, qrupun rəhbəri vəzifəsi muxtar respublikanın səhiyyə naziri Samiq Sadıxova həvalə edilib.
İclasda Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri sağlam həyat tərzinin təşviqi sahəsində atılan addımlar, əhalinin sağlamlığının qorunması və profilaktik tədbirlərin əhəmiyyəti barədə geniş məlumat verib.
Bildirilib ki, muxtar respublikada həyata keçirilən məqsədyönlü işlər nəticəsində vətəndaşların rifah halının yaxşılaşdırılması, sağlam həyat tərzinin təşviqi və ictimai səhiyyənin gücləndirilməsi istiqamətində mühüm nəticələr əldə edilib.
İclas zamanı sağlam həyat tərzinin təşviqinə yönəlmiş bir sıra mühüm məsələlər müzakirə olunub.
Qeyd edilib ki, əhalinin keyfiyyətli və təhlükəsiz içməli su ilə təmin olunması, təmiz havanın insan sağlamlığına təsiri, düzgün və balanslaşdırılmış qidalanmanın fiziki və intellektual inkişafa rolu, erkən yaşlardan fiziki aktivliyin təşviqi və təhsil müəssisələrində idman dərslərinin keyfiyyətinin artırılması, eləcə də ilkin tibbi-sanitariya xidmətlərinin əlçatanlığının genişləndirilməsi əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayır.
Çıxış edənlər müxtəlif sahələr üzrə görülən işlər, mövcud çağırışlar və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər. Qurumlararası əməkdaşlığın gücləndirilməsi və koordinasiyalı fəaliyyətin vacibliyi xüsusi vurğulanıb.
İclasın sonunda birgə fəaliyyətin davam etdirilməsi, qarşıda duran vəzifələr və icra mexanizmləri ilə bağlı təkliflər səsləndirilib və müvafiq tövsiyələr irəli sürülüb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654