TƏBİB-in dəstəyilə keçirilən konfransda minimal invaziv cərrahiyyənin perspektivləri müzakirə olundu
29 Sentyabr 2025
434
Sumqayıt şəhərində TƏBİB-in dəstəyi, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti, Almazakademi Tibbi Treyninq Mərkəzi və Sumqayıt Tibb Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda minimal invaziv cərrahiyyənin bu günü” mövzusunda 8-ci regional konfrans keçirilib.
Azmedinfo.az xəbər veir ki, tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə iştirak edən TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıb. O beynəlxalq təşkilatların Qarabağa səfərləri barədə məlumat verərək, qonaqların ən çox Azərbaycanın inkişaf tempinə - “sürət”inə diqqət etdiyini qeyd edib:“Bu gün müasir Azərbaycanı ifadə edən ən doğru söz məhz sürətdir. Təhsil, iqtisadiyyat, səhiyyə və digər sahələrdə aparılan islahatlar məhz bu sürətə əsaslanır. Onun daha da artması üçün beynəlxalq əməkdaşlıq, xaricdəki həkimlərimizlə sıx əlaqələr və bilik mübadiləsi xüsusi əhəmiyyət kəsb edir”.
Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin bariatrik cərrahiyyə bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Fərid Rəfiyev çıxışında konfransın önəmindən bəhs edib və bu cür görüşlərin ölkə səhiyyəsinə töhfə verdiyini xüsusi vurğulayıb.
Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri, həyata keçirilən əməliyyatlar və səhiyyə xidmətlərinin genişləndirilməsi barədə məlumat verib. O, belə elmi-praktik tədbirlərin region səhiyyəsinin inkişafında əhəmiyyətli rol oynadığını qeyd edib. Daha sonra konfransın elmi hissəsi başlayıb.
M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Yoğun və düz bağırsaq cərrahiyyəsi şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti Qurbanxan Müslümov, habelə İslam Mahalov, tibb üzrə fəlsəfə doktorları Fərid Rəfiyev, Zaur Xəlilov, Nicat Alışov və Natiq Mirzəyev müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər.
Onların təqdimatlarında minimal invaziv cərrahiyyənin aktual məsələləri, müasir yanaşmalar və beynəlxalq təcrübənin tətbiqi ilə bağlı nümunələr iştirakçılarla bölüşülüb.
Panel müzakirələri zamanı isə cərrahiyyənin inkişaf perspektivləri, yeni texnologiyaların tətbiqi və region üzrə tibbi kadrların təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və interaktiv müzakirələr keçirilib.

TƏBİB
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026286
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026224
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026178
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026176
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026172
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026168
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026154
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026154
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026148
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026146
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026142
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026142