Hamilə qadınlara göstərilən tibbi xidmətlərin mühüm bir hissəsi icbari tibbi sığorta hesabına qarşılanır. Bu xidmətlər həm ana, həm də körpənin sağlamlığını qorumaq, hamiləlik və doğuş dövründə yarana biləcək fəsadların qarşısını almaq məqsədi daşıyır.
Azmedinfo.az xəbər verir ki, hamilə qadınların hamiləliyin müxtəlif mərhələlərində müvafiq müayinələrdən keçməsi icbari tibbi sığorta ilə qarşılanır. Bu müayinələr çərçivəsində arterial təzyiqin ölçülməsi, nəbzin yoxlanılması, qan və sidik analizlərinin aparılması, qan qrupu, şəkər göstəriciləri, həmçinin hepatit B və C, sifilis və insan immunçatışmazlığı virusu (İİV), skrininq testi (rubella-məxmərək) və digər zəruri müayinələr sığorta hesabına həyata keçirilir.
Hamiləlik dövründə qadın məsləhətxanalarına, Ailə Sağlamlıq Mərkəzlərinə və ya digər ambulator tibb müəssisələrinə müraciət edən qadınlara USM, doppler müayinəsi, fol turşusunun təyini, dölün ürək döyüntülərinin izlənilməsi kimi xidmətlər də göstərilir. Hamiləliyin 30-cu həftəsindən sonra mübadilə vərəqəsi verilərək hamilə qadın doğuşun təşkili üçün TƏBİB-in tabeliyindəki müvafiq dövlət tibb müəssisəsinə və ya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna yönləndirilir.
Doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir.
Stasionar tibbi xidmət zamanı istifadə olunan dərman, tibbi sərf, qidalanma, laborator və instrumental müayinələr, diaqnostika və müalicə tədbirləri icbari tibbi sığorta ilə qarşılanır. Bu ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına ölkə üzrə ümumilikdə 14 767 doğuş, 15 167 qeysəriyyə əməliyyatı həyata keçirilib.
Vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması, doğuşdan sonrakı dövrdə zahı qadınların müşahidəsi, yenidoğulmuşların tibbi nəzarətdə saxlanılması və ana südü ilə qidalanmaya dair məsləhətlərin verilməsi də icbari tibbi sığorta ilə əhatə olunur.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026286
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026224
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026178
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026176
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026172
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026168
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026154
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026154
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026148
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026146
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026142
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026142