Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
07 Sentyabr 2026, Bazar ertəsi, 18:20
Əlaqə vasitələri
Bizimlə əlaqə
Barat Yusubov: Yeni Klinika daim peşəkar tibbi kadrların hazırlanmasına önəm verir
02 Oktyabr 2025
512
Yeni Klinikanın direktoru Barat Yusubov tibb müəssisəsini seçən həkim-rezidentlərlə görüş keçirib.
 
Azmedinfo.az xəbər verir ki, görüş zamanı direktor rezidentlərlə tanış olaraq onların gələcək peşəkar inkişaf yolunda Yeni Klinikanın təqdim etdiyi imkanlardan bəhs edib.
 
Barat Yusubov çıxışında Yeni Klinikanın daim peşəkar tibbi kadrların hazırlanmasına, gənc həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə xüsusi önəm verdiyini qeyd edib.
 
Direktor bildirib ki, gənc mütəxəssislər praktik biliklərini real klinik mühitdə artırmaqla yanaşı, peşəkar komandada çalışma təcrübəsi də qazanacaqlar.
 
Səmimi söhbət zamanı həkim-rezidentlərin sualları cavablandırılıb, gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.
Ən çox oxunanlar