Böyük maarifpərvər Mirzə Məhəmməd Zamanbəyli Bakı Dövlət Universitetinin təşkili işində yaxından iştirak etmiş, universitetdə ilk tibb fakültəsinin yaradılmasında əhəmiyyətli rol oynamışdır.
Azərbaycan maarifçilik tarixinin parlaq simalarından biri, görkəmli ziyalı və xeyriyyəçi Mirzə Məhəmməd Zamanbəylinin anadan olmasının 165 illiyi qeyd edilir. O, bütün ömrünü xalqın təhsillənməsi, elm və maarifin yayılması işinə həsr etmiş fədakar maarifpərvər ziyalılardandır.
Mirzə Məhəmməd Zamanbəyli 1860-cı ildə Naxçıvanın Şahbuz rayonunun Şahbuz kəndində dünyaya gəlib. O, Qori Müəllimlər Seminariyasının ilk azərbaycanlı məzunlarından biri kimi müasir dövrün qabaqcıl pedaqoji fikirlərini mənimsəmiş və maarif sahəsində əvəzsiz xidmətlər göstərmişdir. Zamanbəyli doğulduğu bölgədə maarif işinin inkişafına xüsusi diqqət yetirərək, öz şəxsi vəsaiti hesabına məktəb tikdirmiş, həmçinin təhsilin inkişafına yönəlmiş “Xeyriyyə” cəmiyyətini təsis etmişdir. Bu cəmiyyətin əldə etdiyi gəlirlər kasıb və kimsəsiz uşaqların təhsilinə yönəldilmiş, minlərlə gəncin savad qazanmasına şərait yaradılmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə o, maarifin inkişafı sahəsində mühüm fəaliyyət göstərmiş, Maarif Şurasının üzvü kimi təhsil islahatlarının həyata keçirilməsində fəal iştirak etmişdir. Mirzə Məhəmməd Zamanbəylinin fəaliyyəti yalnız müəllimliklə məhdudlaşmamış, o, milli təhsil sisteminin formalaşması, gənc nəslin elmə və biliyə yönəldilməsi istiqamətində yorulmadan çalışmışdır.
O, həmçinin 1919-cu ildə fəaliyyətə başlayan Bakı Dövlət Universitetinin təşkili işində yaxından iştirak etmiş, universitetdə ilk tibb fakültəsinin yaradılmasında mühüm rol oynamışdır. Bununla yanaşı, Gəncə, Naxçıvan və digər bölgələrdə lisey, gimnaziya və məktəblərin tikintisinə və yaradılmasına böyük töhfələr vermişdir.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra təqiblərə məruz qalsa da, Mirzə Məhəmməd Zamanbəyli maarifçilik amalından dönməmiş, ömrünün sonuna qədər xalqın təhsilinin tərəqqisi üçün fəaliyyət göstərmişdir.
O, 1923-cü ildə vəfat etmişdir. Böyük mütəfəkkir Azərbaycan təhsil tarixində əvəzsiz xidmətləri və nurlu idealları ilə əbədi iz qoymuşdur.
Bu gün Zamanbəyli nəslinin nümayəndələri də ulu babalarının yolunu davam etdirir, Vətənə və dövlətə sədaqətləri, ictimai fəallıqları və maarifçilik ənənələrinə sadiqlikləri ilə seçilirlər. Onlar müxtəlif sahələrdə – elm, təhsil, səhiyyə, mədəniyyət və ictimai həyatın müxtəlif istiqamətlərində fəal iştirak edərək, Mirzə Məhəmməd Zamanbəylinin maarifçilik ideyalarını bu günün reallıqlarında yaşadır və gələcək nəsillərə ötürürlər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654