Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun təşkilatçılığı ilə I Beynəlxalq Parazitologiya Konfransı keçirilib.
Azmedinfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev konfransın təşkilinə dəstək verən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-ə təşəkkürünü bildirərək belə elmi tədbirlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb. O, həmçinin konfransın əsas məqsədinin parazitar və infeksion xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikasına müasir multidisiplinar yanaşmaları müzakirə etmək, eləcə də bu sahədə elmi bilik və təcrübə mübadiləsinə şərait yaratmaq olduğunu diqqətə çatdırıb. Açılış mərasimində millət vəkilləri və digər qurumlardan nümayəndələr çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
Konfransda Azərbaycan və müxtəlif ölkələrdən tanınmış alim və mütəxəssislər çıxış ediblər. Çıxış edənlər – professor Adil Allahverdiyev, professor Soner Uzun, dosent Ramin Bayramlı, dosent Yavər Hacısoy, professor Yusuf Özbel, dosent Eslam Moradi-Asl, MD Dr. Fəhmin Əmirov, Dr. Günay Allahverdiyeva, Dr. Mədinə Abdullayeva, MD Dr. Nicat Alışev, dosent Lalə Hidayətova, dosent Ülviyyə Hacıyeva, t.ü.f.d. Turan Axundova, Dr. Xatirə Aslanova və Dr. Zivər Abseynova parazitar xəstəliklərin müasir diaqnostika, müalicə və profilaktika prinsiplərini təqdim ediblər, eləcə də nanotexnologiyanın tətbiqi və artropod mənşəli infeksion xəstəliklərin yayılma dinamikası kimi aktual məsələləri müzakirə ediblər. Məruzələrdə professor Soner Uzun “Dəri leyşmaniozunun və Scabiesin (qoturluğun) diaqnostikası və müalicəsi”, dosent Ramin Bayramlı “Parazitar xəstəliklərin diaqnostikasında yeniliklər”, dosent Eslam Moradi-Asl “Aedes ağcaqanadları vasitəsilə yoluxan xəstəliklər (Denge, Zika və Çikunqunya qızdırması)”, professor Yusuf Özbel “Sand flies (qum milçəkləri) yaşayış mühiti seçimləri və leyşmaniozun yayılmasında rolu” mövzularında çıxış ediblər. Həmçinin digər mütəxəssislərin “Exinokokkoz” infeksiyaları haqqında çıxışları və t.e.d Dr. Məlahət Qəhrəmanovanın “Parazitoloji xəstəliklərdə Fitoterapiyanın rolu” mövzusunda çıxışı da dinlənilib.
Professor Adil Allahverdiyev isə “Parazitar xəstəliklərlə mübarizədə nanotexnologiyaya əsaslanan innovativ yanaşmalar və gələcək perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. İnstitutun direktoru, professor Adil Allahverdiyev bildirib ki, Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə inşa edilən yeni, müasir tələblərə cavab verən binasında fəaliyyət göstərir və artıq həm yerli, həm də beynəlxalq səviyyəli elmi tədbirlərə ev sahibliyi etmək imkanına malikdir.
Konfrans çərçivəsində “Parazitar xəstəliklərin diaqnostika və müalicəsinə müasir yanaşmalar”, “Artropod mənşəli infeksion-parazitar xəstəliklər”, “Exinokokkoz: müasir yanaşmalar”, “Pediatrik təcrübədə parazitar xəstəliklər” panelləri üzrə müzakirələr aparılıb.
Konfrans iştirakçıların geniş elmi müzakirələr aparmasına və parazitar-infeksion xəstəliklərin müasir diaqnostika və müalicə sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə şərait yaradıb. Konfransda eyni zamanda İran və Türkiyə dövlətlərindən gələn nümayəndələrlə ortaq elmi layihələrin hazırlanması və yerinə yetirilməsi barəsində razılııq əldə edildi. Sonda konfransın tibb ictimaiyyətinə müraciəti qəbul edildi.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654