Noyabr ayında "Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi" üzrə məsləhətçi şirkətin seçimi başa çatdırılacaq.
Azmedinfo.az Energfetika Nazirliyinin məlumatına əsasən xəbər verir ki, bunu Azərbaycanını energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasında bildirib.
Onun sözlərinə görə, bundan sonra layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlanacaq.
O, bu layihənin enerji tərəfdaşlığını gücləndirən və regional enerji təhlükəsizliyinə töhfə verən strateji rolunu diqqətə çatdırıb.
P. Şahbazov bildirib ki, qardaş və müttəfiq dövlətlər olan Azərbaycan və Qazaxıstanı ortaq tarix, mədəniyyət və gələcəyə yönəlmiş strateji baxış birləşdirir. Nazir vurğulayıb ki, Prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayevin siyasi iradəsi və müdrik rəhbərliyi nəticəsində ölkələr arasında əməkdaşlıq bütün sahələrdə dinamik və davamlı inkişaf nümayiş etdirir.
Qeyd edilib ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 50 % artaraq 470 milyon ABŞ dollarına çatıb, bu ilin ilk yarısında isə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə artaraq 501 milyon ABŞ dolları təşkil edib.
Nazir, enerji sahəsində əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirib: "2023-cü ildən indiyə qədər Bakı-Tbilisi-Ceyhan vasitəsilə dünya bazarına 3,4 milyon ton Qazaxıstan nefti nəql olunub. 2027-ci ilədək tranzit həcmlərinin illik 7 milyon tona çatdırılması və qarşılıqlı faydalı prinsiplər əsasında daha da artırılması imkanları nəzərdən keçirilir."
O, həmçinin bildirib ki, Azərbaycan Transxəzər Nəqliyyat Dəhlizinin inkişafı sahəsində tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə və Zəngəzur dəhlizinin açılması perspektivləri də daxil olmaqla yeni imkanların birgə və səmərəli reallaşdırılmasına hazırdır.
Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev isə bildirib ki, bugünkü danışıqlar konstruktiv, səmimi və əsl işgüzar atmosferdə keçib: "Biz Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş yüksək maraq, qarşılıqlı anlayış və etimad nümayiş etdirdik. İclas zamanı ticarət və sənaye əməkdaşlığından tutmuş nəqliyyat, energetika, rəqəmsallaşma və mədəniyyət sahələrinə qədər əməkdaşlığımızın müxtəlif istiqamətlərinə toxunan bir sıra məzmunlu ideya və təşəbbüslər səsləndirilib."
Ötən il iki ölkə arasında tranzit daşımalarının ümumi həcminin 21 % artaraq 3,6 milyon ton təşkil etməsi müsbət qiymətləndirilib. Həmçinin Birgə İnvestisiya Fondunun Azərbaycanda və Qazaxıstanda prioritet infrastruktur və istehsal layihələrinə investisiyaların cəlb edilməsindəki əhəmiyyəti vurğulanıb. Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və turizm sahələrində də əməkdaşlıqda müsbət dinamikanın müşahidə olunduğu, bir sıra birgə təşəbbüslərin uğurla həyata keçirildiyi diqqətə çatdırılıb. Müzakirələr zamanı ticari-iqtisadi, energetika, nəqliyyat və logistika, kənd təsərrüfatı, qida təhlükəsizliyi, rəqəmsallaşma, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, elm və təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı aktual məsələlər nəzərdən keçirilib, bir sıra istiqamətlər üzrə razılaşmalar əldə edilib.
Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 22-ci iclasının gələn il Qazaxıstanda keçirilməsi razılaşdırılıb.
Qeyd edək ki, iclasdan əvvəl Komissiyanın həmsədrləri - Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev arasında ikitərəfli görüş olub. Görüşdə strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, iki ölkə arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqramın icrası, eləcə də enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi üçün həyata keçirilən və planlaşdırılan tədbirlər müzakirə edilib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654