Dünya miqyasında ən nüfuzlu kardioloji tədbirlərdən biri hesab edilən "Great Wall International Congress of Cardiology" (GW-ICC 2025) çərçivəsində keçirilən AHS sessiyası – “Heart Failure and Cardiomyopathy” mövzusunda Azərbaycan alimlərinin çıxışı böyük maraqla qarşılanıb.
Azmedinfo.az xəbər verir ki, sessiyanın elmi müzakirə hissəsində Akad. C.M.Abdullayev ad. ET Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova “Innovative Approaches in Heart Failure Management: from Precision Medicine to Digital Health” adlı məruzə ilə çıxış edib. O, təqdimatında sübutlara əsaslanan müasir yanaşmalardan, süni intellekt və rəqəmsal monitorinq texnologiyalarının ürək çatışmazlığının erkən aşkarlanması və fərdiləşdirilmiş müalicəsində tətbiq imkanlarından bəhs edib. Professorun çıxışı elmi əsaslı yanaşması və aktual məzmunu ilə iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Eyni sessiyanın elmi rəylər bölməsində (Discussant) İnstitutun böyük elmi işçisi, ürək cərrahı, t.ü.f.d. Vüsal Hacıyev təqdim olunan elmi tədqiqatlara dair rəy və təkliflərini bölüşüb.
Konqres çərçivəsində Hindistan, Çin və digər ölkələrin aparıcı kardioloqları da çıxış ediblər. Azərbaycan nümayəndələrinin iştirakı beynəlxalq həmkarlar tərəfindən yüksək dəyərləndirilib, gələcək elmi əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu ilə Tsinghua Universitetinin Birinci Xəstəxanasının Ürək Mərkəzi arasında elmi-tədqiqat və akademik əməkdaşlığa dair memorandumun imzalanması da nəzərdə tutulub.
Bu sənədin məqsədi kardiologiya sahəsində birgə elmi layihələrin həyata keçirilməsi, müasir texnologiyaların tətbiqi, habelə mütəxəssislərin təlim və təcrübə mübadiləsini genişləndirməkdir.
Bu əməkdaşlıq Azərbaycan kardiologiya elminin beynəlxalq səviyyədə tanıdılmasına, eləcə də ürək-damar xəstəliklərinin müasir müalicə və tədqiqat istiqamətlərində ölkəmizin mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654