Ağciyər xəstəliklərinin erkən diaqnostikası və profilaktikası mövzusunda Naxçıvanda treninqlər təşkil olunub
20 Oktyabr 2025
612
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun və nazirliyin Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanlarının Xəstəlikləri Sanatoriyasının rəhbər heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfər edib.
Azmedinfo.az xəbər verir ki, səfər proqramı çərçivəsində nümayəndə heyəti tərəfindən Ailə Sağlamlıq Mərkəzlərində və Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində fəaliyyət göstərən həkim və tibb işçiləri üçün maarifləndirici treninqlər keçirilib.
Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində keçirilən Treninqdə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutun direktoru t.ü.f.d İradə Axundovanın, İnstitutun Milli istinad laboratoriyasının şöbə müdiri Mehriban Seyfətdinova və İnstitutun həkim-ftiziatrı Aysel Aslanovanın mövzuyla bağlı çıxışları dinlənilib.
Treninqdə tənəffüs sistemi xəstəliklərinin profilaktikası, erkən diaqnostikası və müalicəsi sahəsində əməkdaşlığın gücləndirilməsi, elmi-tədqiqat istiqamətləri üzrə qarşılıqlı təcrübə mübadiləsi, eləcə də kadr potensialının artırılması məsələlərindən danışılıb.
Tədbirdə həmçinin Ailə sağlamlıq mərkəzlərinin direktorları, tibb işçiləri və digər səhiyyə mütəxəssisləri də iştirak etmiş, təlimin əhəmiyyəti və gələcəkdə bu cür tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Belə təlimlərin keçirilməsi tibbi personalın peşəkar inkişafına, elmi biliklərin təcrübədə tətbiqinə və əhalinin sağlamlığının qorunması istiqamətində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.
Təlimin sonunda iştirak edən həkimlərə sertifikatlar təqdim olunub.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654