Ötən həftə Özbəkistan Respublikasında, Avrasiya Uşaq Həkimləri Federasiyasının təşəbbüsü ilə “Uşaq və cəmiyyət: sağlamlıq, inkişaf və qidalanma problemləri” mövzusunda XII Avrasiya Uşaq Həkimləri Konqresi keçirilib.
Azmedinfo.az xəbər verir ki, Buxara şəhərində baş tutan mötəbər elmi forumda Rusiya, Belarus, Çin, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Moldova və digər ölkələrdən olan ixtisaslaşmış elmi-tədqiqat müəssisələrinin əməkdaşları, ali təhsil ocaqlarının professor-müəllim heyəti, pediatrlar, uşaq cərrahları, allerqoloq-immunoloqlar, səhiyyə təşkilatçıları, eləcə də məktəb və məktəbəqədər təhsil müəssisələrində çalışan həkimlər iştirak ediblər.
Ölkəmizi konqresdə Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə təmsil edib. O, həm də Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti qismində açılış mərasimində çıxış edərək, ölkəmizdə tibbi bioetikanın inkişafı və onun tibb təhsilinə inteqrasiyası istiqamətində görülən işlərdən danışıb.
Təranə xanım çıxışında qeyd edib ki, bioetika Azərbaycanda getdikcə daha böyük elmi və praktiki əhəmiyyət qazanan bir sahədir. Onun sözlərinə görə, xüsusilə uşaq sağlamlığı kimi həssas istiqamətlərdə etik qərarların düzgün verilməsi üçün tibb işçilərinin etik biliklərinin formalaşdırılması vacibdir.
O, həmçinin vurğulayıb ki, Azərbaycan Pediatrlar Assosiasiyası son illərdə bioetikanın tibb təhsilinə sistemli şəkildə inteqrasiyası istiqamətində mühüm təşəbbüslər həyata keçirib. Assosiasiya mütəxəssisləri bu sahəyə dair tədris proqramlarının hazırlanmasında fəal iştirak edir, metodik vəsaitlər, dərsliklər və etik təlim materiallarının hazırlanmasına müəllif və redaktor kimi töhfə verirlər. Bundan başqa, gənc pediatrlar və rezidentlər üçün bioetika üzrə ixtisaslaşmış təlimlər və seminarlar təşkil olunur.
Təranə Tağı-zadə bildirib ki, həkim yalnız diaqnoz qoyan deyil, həm də etik qərar verən şəxsdir. Bu xüsusilə uşaq pasiyentlərə münasibətdə qərarvermə qabiliyyəti olmayan şəxslərlə işləyərkən daha yüksək məsuliyyət tələb edir. Bu səbəbdən, onun fikrincə, etik biliklər tibb təhsilinin ayrılmaz tərkib hissəsinə çevrilməlidir.
Konqresdə Azərbaycanlı mütəxəssislər – İnarə Makayeva və Həmidə Abbasova da məruzələrlə çıxış edərək uşaq sağlamlığının qorunması, profilaktika və kompleks yanaşma mövzularında fikir mübadiləsində iştirak ediblər.
Tədbirdə müasir pediatriyanın ən aktual istiqamətləri – uşaqların sağlamlıq vəziyyəti və tibbi yardım modellərinin regional xüsusiyyətləri, yenidoğulmuşlara tibbi yardımın təşkili, sağlam uşağın inkişafı və düzgün qidalanma prinsipləri, uşaq cərrahiyyəsində innovativ texnologiyalar, nadir genetik xəstəliklərin diaqnostika və müalicə imkanları, eləcə də pediatriyada etik-hüquqi məsələlər, klinik farmakologiya və bioetika kimi mövzular müzakirə olunub.
Konqres çərçivəsində “Avrasiya ölkələrinin gənc alimləri müsabiqəsi” də təşkil edilib. Müsabiqədə 35 yaşadək tələbələr, rezidentlər və aspirantlar iştirak edərək öz elmi işlərini təqdim ediblər.
Bu nüfuzlu elmi tədbirin həmtəşkilatçıları sırasında Azərbaycan Pediatrlar Assosiasiyası da yer alıb. XII Avrasiya Uşaq Həkimləri Konqresinin İdarə Heyəti tərəfindən tədbirin işində fəal iştirakına görə Təranə Tağı-zadəyə təşəkür məktubu ünvanlanıb.
Qeyd edək ki, ötən il Avrasiya Uşaq Həkimləri Federasiyasının və Azərbaycan Pediatrlar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan və 600-dən çox iştirakçının qatıldığı XI Avrasiya Uşaq Həkimləri Konqresi Bakıda keçirilib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654