Yeni Klinikada İPİN üzrə beynəlxalq standartlara uyğun yeni yanaşmalar müzakirə edildi
23 Oktyabr 2025
720
TƏBİB-in dəstəyi və Azərbaycan Təlim və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Yeni Klinikada “İnfeksiyaya nəzarətdə yeni dövr — Texnologiya və Komanda İşi” adlı tədbir baş tutub.
Azmedinfo.az xəbər verir ki, tədbirdə TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva, Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nilufər Məmmədova, TƏBİB tabeli tibb müəssisələrinin İPİN üzrə məsul şəxsləri və bir sıra mütəxəssislər iştirak edib.
Açılış nitqi ilə çıxış edən Y.Qarayeva tibb müəssisələrində İPİN-in əhəmiyyətindən bəhs edərək, bu istiqamətdə görülən işlərin pasiyent və tibbi personalın təhlükəsizliyinin təmin olunmasında, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasında və infeksion risklərin minimuma endirilməsində mühüm rol oynadığını vurğulayıb. O, həmçinin İPİN sisteminin davamlı təkmilləşdirilməsinin, tibbi personalın bilik və bacarıqlarının artırılmasının, eləcə də beynəlxalq standartlara uyğun nəzarət mexanizmlərinin tətbiqinin vacibliyini diqqətə çatdırıb.
Təqdimatlar zamanı İPİN sahəsində beynəlxalq və yerli təcrübələr bölüşülüb, komanda ruhunun gücü ön plana çıxarılıb, səhiyyə sahəsində innovasiyalar və rəqəmsal texnologiyaların rolundan danışılıb.
Daha sonra Azərbaycan Təlim və İnkişaf Mərkəzinin direktoru Əziz Fətullayev TƏBİB-lə imzalanmış əməkdaşlıq memorandumu sayəsində tibb işçilərinin yerli və beynəlxalq təlim proqramlarından faydalanacağını bildirib.
Tədbirin sonunda geniş müzakirələr aparılıb, gələcəkdə də tibb müəssisələrində İPİN sisteminin tətbiqi və nəzarəti istiqamətində bilik və təcrübə mübadiləsinə dayanan təlimlərin, elmi-praktiki tədbirlərin davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, hər il oktyabr ayının üçüncü həftəsi Beynəlxalq İPİN həftəsi olaraq qeyd edilir.
#İPİNhəftəsi
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654