Azərbaycan tibbində tarixi hadisə baş verib. Plastik və rekonstruktiv cərrahiyyə sahəsində dünya miqyasında yeniliklərə imza atan tanınmış alim, tibb elmləri doktoru, professor Vaqif Qələndər 2025-ci il üzrə tibb nominasiyasında Nobel mükafatına təqdim edilib. Bu qərar Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyası və Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyası tərəfindən qəbul olunub.
Azmedinfo.az xəbər verir ki, məsələ ilə bağlı “musavat.com”a açıqlama verən professor bildirib ki, o, Azərbaycandan Nobel mükafatına təqdim edilən ilk alimdir: “Azərbaycandan ilk aliməm ki, rekonstruktiv sinə cərrahiyyəsi ilə bağlı kəşfim qəbul edilib. Rekonstruktiv bərpaedici cərrahiyyədə sinə rekonstruksiyasının dünyada üç üsulu var. Lakin əvvəlki metodlarda qarşı tərəfin toxumasından istifadə olunurdu və əməliyyat eyni şəxsdə aparıla bilmirdi. Biz ilk dəfə bu problemi aradan qaldırmışıq. 18 meyit üzərində apardığımız tədqiqatlardan sonra yeni metodika yaratdıq və bu üsul artıq Amerikanın Florida Universitetinin dərsliklərinə daxil edilib.”
Professorun sözlərinə görə, yeni üsulun tətbiqi nəticəsində qadınlarda sinə bərpası artıq eyni əməliyyat zamanı həyata keçirilir, əvvəlki kimi bir neçə mərhələyə ehtiyac qalmır. Bu innovativ yanaşma məhz elmi kəşf kimi dəyərləndirilib.
Vaqif Qələndər qeyd edib ki, Nobel mükafatına namizəd olmaq üçün xüsusi elmi və institusional kriteriyalar mövcuddur:
“Hər nominasiyanı ora göndərmək mümkün deyil. Bu, çox ciddi elmi sübutlara və beynəlxalq təsdiqlərə əsaslanır.”
Professor Vaqif Qələndərin elmi yenilikləri dünya alimləri tərəfindən yüksək qiymətləndirilib. O, Avropa Təbiət Elmləri Akademiyasının “Ali xidmət” ordeni, Türk Dünyası Araşdırmaları Akademiyasının “Qızıl Ulduz” medalı və “Şərəf” ordeni, eləcə də Beynəlxalq Atatürk mükafatı və Cenevrədə Beynəlxalq Mükafatlar Komitəsinin “Hippokrat” ordeni ilə təltif olunub.
Vaqif Qələndər 2003-cü ildə tibb üzrə fəlsəfə doktoru, 2017-ci ildə isə tibb elmləri doktoru alimlik dərəcəsi alıb. Hazırda o, Azərbaycan Dövlət Tibb Universitetinin və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun professorudur.
Onun müəllifi olduğu “Daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” adlı metodika ABŞ-da Rui Fernandesin rəhbərliyi ilə nəşr olunan “Local and Regional Flaps in Head & Neck Reconstruction” dərsliyində “Vaqif Qələndər metodu” kimi təqdim olunur.
Alim 40-dan çox beynəlxalq konfransda məruzələrlə çıxış edib, 78 elmi işi isə xarici jurnallarda dərc olunub. O, Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin qurucusu və sədri, həmçinin İPRAS – Beynəlxalq Plastik-Rekonstruktiv Cərrahiyyə Cəmiyyətinin idarə heyətinin üzvüdür.
2025-ci ildə isə Vaqif Qələndər Avropa Təbiət Elmləri Akademiyası tərəfindən “İlin elm adamı” seçilərək “Ali şərəf və ləyaqət” ordeni ilə təltif edilib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654