Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 8 nömrəli Uşaq Poliklinikasının fəaliyyətə başlamasının 40 illik yubileyi münasibətilə görüş keçirilib. Görüşdə Mərkəzin direktoru Elçin Əmirov, direktor müavinləri Ləman Mursaqulova, Güllü İbadova, departament rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.
Azmedinfo.az xəbər verir ki, əvvəlcə poliklinikanın təmirdən sonra yeni maddi-texniki avadanlıqlarla təchiz olunan kabinetlərinə baxış keçirilib. Belə ki, təmirdən sonra poliklinika müasir standartlara cavab verən rəngli-doppler exokardioqrafiya, ultrasəs və göz müayinəsi avadanlıqları ilə təmin olunub. Laboratoriya, oftalmoloji, kardioloji, şüa-diaqnostika kabinetlərinə baxış keçirən rəsmilər burada yaradılan şəraitlə tanış olub, tibb işçilərinin əmək şəraiti və iş prosesində qarşılaşdıqları çətinliklərlə maraqlanıblar.
Daha sonra görüş poliklinikanın akt zalında təşkil olunan rəsmi tədbirlə davam etdirilib. Tədbiri giriş sözü ilə açan 8 nömrəli Uşaq Poliklinikasının baş həkimi Nuriyyə Tağıyeva poliklinikanın 40 il ərzində keçdiyi inkişaf yolundan, xüsusilə, TƏBİB-in idarəçiliyi dövründə həyata keçirilən islahatlardan, tibb müəssisəsinin həm maddi-texniki cəhətdən təmin olunması, həmçinin kadr potensialının gücləndirilməsi istiqamətdə görülən işlərdən söz açıb, həyata keçirilən mütərəqqi islahatlara görə Bakı Baş Səhiyyə Mərkəzi, o cümlədən TƏBİB rəhbərliyinə öz minnətdarlığını bildirib.
Elçin Əmirov isə öz çıxışında poliklinikanın heyətinə TƏBİB rəhbərliyinin təbriklərini çatdırıb, yaradılan şəraitə görə onlara öz təşəkkürünü ifadə edib. O həmçinin, vurğulayıb ki, bu gün poliklinikaya 3-cü səfəridir, bu dəfə öncəki səfərlərində müşahidə etdiyi çatışmazlıqların aradan qalxmasının şahidi olub. Bundan məmnunluğunu ifadə edən direktor görülən işlərin yekunlaşmadığını, uğurlu layihələrin həyata keçiriləcəyini nəzərə çatdırıb.
Daha sonra tədbir Uşaq Poliklinikasının şöbə müdiri Elçin Əliyevin və baş tibb bacısı Aygün Həsənovanın çıxışları ilə davam etdirilib.
Tədbirin sonunda öz xidmətlərinə görə fərqlənən bir sıra əməkdaşlara təşəkkürnamələr təqdim olunub.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654