Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən biri səhiyyə sahəsidir. Azərbaycan Respublikasında son illər ərzində bu istiqamətdə aparılan davamlı islahatlar nəticəsində səhiyyə sisteminin institusional və infrastruktur əsasları gücləndirilmiş, icbari tibbi sığorta mexanizminin tətbiqi genişləndirilmiş, müasir tibb müəssisələri istifadəyə verilmişdir. Aparılan islahatların əsas məqsədi hər bir vətəndaşa keyfiyyətli, əlçatan və bərabər tibbi xidmətlərin göstərilməsinin təmin edilməsidir.
Azmedinfo.az xəbər verir ki, səhiyyə sahəsinə dövlət tərəfindən göstərilən qayğının nəticəsi olaraq, bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ildən ilə artmaqdadır. Belə ki, 2026-cı il üçün icmal büdcənin səhiyyə xərcləri 3 milyard 746 milyon manat müəyyən edilmişdir. Bu 2024-cü il ilə müqayisədə 1 milyard 70 milyon manat və ya 40 %, 2025-ci il ilə müqayisədə isə 227 milyon manat və ya 6,4 % çoxdur. Son 5 ildə ümumilikdə səhiyyə xərcləri mütləq ifadədə 2.3 milyard manat və ya 2.6 dəfə artmışdır.
2026-cı il üçün səhiyyə sahəsi üzrə xərclərin tərkibində icbari tibbi sığorta üzrə xərclər 2.6 milyard (73.2 %) manat proqnozlaşdırılır. Bu 2024-cü ilin faktiki icrası ilə müqayisədə mütləq ifadədə 468 milyon manat və ya 21,7 %, 2025-ci ilin gözlənilən icrası ilə müqayisədə 371 milyon manat və ya 16,5 % çoxdur.
Bildirilməlidir ki, 2026-cı ildə icbari tibbi sığorta fondunun xərclərinin maliyyələşdirilməsi məqsədilə gəlirlərinin diversifikasiyası aparılmış, icbari tibbi sığorta haqları, dövlət büdcəsindən ayrılan vəsait və Fondun əvvəlki illərdə formalaşmış ehtiyat vəsaitləri hesabına zəruri maliyyə təminatı tam təmin edilmişdir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi gələn il də Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara göstərilən tibbi xidmətlərin maliyyələşməsini genişləndirəcəkdir. Hazırda Agentlik Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi, ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin mərhələli şəkildə sığorta hesabına qarşılanması istiqamətində işlər aparır.
Qeyd edək ki, ilk mərhələdə ürək-damar sistemi xəstəlikləri üzrə dərman vasitələrinin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulur. Dərman təminatının tənzimlənməsinə dair bir sıra qərarlar qəbul edilib. Bu qərarlarla dərman vasitələrinin icbari tibbi sığorta hesabına kompensasiya mexanizmi, onların Xidmətlər Zərfinə daxil edilməsi və çıxarılması meyarları müəyyənləşdirilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026286
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026224
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026178
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026174
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026172
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026166
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026154
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026154
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026148
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026146
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026142
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026142